Boksçumuz Avropa çempionu oldu

Boksçumuz Avropa çempionu oldu

Olimpizm xəbərləri

30.11.2025, 15:50

Azərbaycan boksçusu Sübhan Mamedov (50 kq) U-23 Avropa çempionatının qalibi olub.  Millimizin lideri finalda ukraynalı Maksim Rudiki məğlub edib. Hər 3 raundu xeyrinə bitirən Sübhan Mamedov yekunda 4:1 (28:29, 29:28, 29:28, 30:27, 30:27) hesabı ilə qalib gələrək Avropa çempionu tituluna yiyələnib. Beləliklə, Elbrus Rzayevin rəhbərlik etdiyi milli komandamız Avropa çempionatını 3 medalla başa vurub. S.Mamedovdan öncə Tağı Nəsibov (60 kq) və Səbuhi Əlizadə (+90 kq) bürünc mükafata sahib olub. Qeyd edək ki, Avropa çempionatında 33 ölkədən 271 boksçu mübarizə aparıb.  

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR