Rüdigerə Madrid “Real”ında ehtiyac var

Rüdigerə Madrid “Real”ında ehtiyac var

Madrid "Real"ının mərkəz müdafiəçisi Antonio Rüdiger hazırkı müqaviləsi cari mövsümün sonunda başa çatır. Jurnalist Fabrizio Romanonun sözlərinə görə, "Real" və Rüdiger arasında danışıqlar yaxın aylarda aparılacaq. 32 yaşlı almaniyalı futbolçu son vaxtlar zədə səbəbindən tez-tez kənarda qalsa da, komandanın lideri olaraq qalır. Antonio Rüdiger 2022-ci ildən bəri Madrid klubunda çıxış edir.