"Barselona" klubunun hücumçusu Rafinya klubdan ayrılması ilə bağlı xəbərlərə aydınlıq gətirib.
Olimpnews.az xəbər verir ki, "sambaçı" yayılan xəbərləri təkzib edib. "Belə xəbərlər hardan çıxır, bilmirəm. Şaiədir. Özümü "Barselona"da xoşbəxt hiss edirəm",- deyə Rafinya bildirib.
Qeyd edək ki, daha əvvəl 28 yaşlı hücumçunun 2026-cı ildə Dünya Kuboku başa çatandan sonra Səudiyyə Ərəbistanı klubuna transfer olunacağı barədə xəbərlər yayılmışdı.
Rafinya yayılan xəbərləri təkzib etdi


