"Azarkeşlərimizi məyus etmişik" - Alonso

"Azarkeşlərimizi məyus etmişik" - Alonso

Madrid "Real"ının baş məşqçisi Xabi Alonso "Mançester Siti"ilə oyundan əvvəl mətbuat konfransı keçirib. 

Olimpnews.az xəbər verir ki, o, son matçlarda komandanın çıxışları barədə də danışıb. "Azarkeşlərimizi məyus etmişik. Burada hamımızın təqsiri var. "Santyaqo Bernabeu"da azarkeşlərin enerjisinə ehtiyacımız var. Əgər bu baş verərsə, "Mançester Siti"yə qalib gəlmək şansımız olacaq", - deyə Alonso mətbuat konfransında bildirib.
Qeyd edək ki, "Real" son yeddi oyundan yalnız ikisində qalib gəlib.