"Real" doğma meydanda "şəhərlilər"lə bacarmadı 

"Real" doğma meydanda "şəhərlilər"lə bacarmadı 

İspaniyanın "Real" klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində növbəti oyununu keçirib. Olimpnews.az xəbər verir ki, doğma meydanda "Mançester Siti" ilə qarşılaşan "Kral klubu" doğma meydanda 1:2 hesablı məğlubiyyətlə üzləşib. Matçda hesabı "Real" klubu açıb. Rodrigo 28-ci dəqiqədə fərqlənib. Lakin "şəhərlilər" Niko O'Relilliy 35-ci dəqiqədə vurduğu qolla hesabı bərabərləşdirib. İlk hissənin sonlarına yaxın -43-cü dəqiqədə Erlinq Halaandın qolu ilə Pep Quardiolanın komandası qələbə qazanıb. Hazırda "Real" klubu 12 xalla 7-ci, "Mançester Siti" ise 13 xalla üçücüdür.