İspaniyanın "Barselona" klubu qış transfer pəncərəsində ilk transferini rəsmiləşdirmək üzrədir.
Olimpnews.az xəbər verir ki, Kataloniya təmsilçisi portuqaliyalı müdafiəçi Joao Kanselonu icarə əsasında heyətinə cəlb edib. Razılaşmaya əsasən 31 yaşlı futbolçu iyun ayına qədər nəzərdə tutulub. Katalonlar transfer üçün "Əl-Hilal" klubuna 4 milyon avro icarə ödənişi edəcək.
Qeyd edək ki, J.Kanselo 2023-2024-cü illər mövsümündə də "Barselona"da icarə əsasında çıxış edib.


