Olimpiya təhsili ilə bağlı dərs vəsaiti işıq üzü gördü
BOK
09.01.2026, 09:30
Pedaqogika üzrə elmlər doktoru, professor Dilqəm Quliyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Olimpiya çempionu Fərid Mansurov, MOK-un mətbuat katibi, “Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev və ikiqat paralimpiya çempionu İlham Zəkiyevin müəllifi olduqları “Olimpiya təhsili ilə bağlı təlim materiallarının öyrədilməsi yolları” adlı dərs vəsaiti işıq üzü görüb.
Olimpnews.az xəbər verir ki, Olimpiya təhsilinin inkişafı istiqamətində mühüm elmi-pedaqoji nəşr oxucuların ixtiyarına verilib.
Dərs vəsaitində Olimpiya təhsili ilə bağlı sənədli materiallar, olimpizm fəlsəfəsinin mahiyyəti, Olimpiya Hərəkatının əsas prinsipləri və bu ideyaların təhsil sistemində tətbiqi yolları geniş şəkildə əksini tapıb. Nəşrdə yerlərdə Olimpiya məktəblərinin yaradılması, uşaq, yeniyetmə və gənclərin bu məktəblərə cəlb olunması Olimpiya təhsili proqramının əsas istiqamətlərindən biri kimi təqdim edilir.
Vəsaitdə ümumtəhsil məktəblərində Olimpiya mədəniyyətinin formalaşdırılması, şagirdlərin Olimpiya biliyinin artırılması, sağlam həyat tərzinin təbliği, olimpizm ideyalarına uyğun mənəvi-əxlaqi dəyərlərin aşılanması kimi mühüm məsələlər ətraflı şəkildə şərh olunub. Şagirdlərə dərs prosesində və dərsdənkənar vaxtlarda Olimpiya Hərəkatı, Olimpiya idealları və olimpizm fəlsəfəsi barədə dolğun biliklərin verilməsi vəsaitin əsas məqsədlərindəndir.
200 kompüter mətni səhifəsindən ibarət olan dərs vəsaiti giriş, 7 fəsil və 173 yarımfəsli əhatə edir. Nəşrdə rus və ingilis dillərində xülasələr, həmçinin 109 mənbəni əhatə edən zəngin ədəbiyyat siyahısı yer alıb. Qeyd olunur ki, bu vəsait ölkəmizdə olimpizmin təhsili və mədəniyyətinin öyrənilməsi və təbliği baxımından geniş əhatəyə malik ilk fundamental nəşrlərdən biridir.
Dərs vəsaiti ali məktəb tələbələri, magistrantlar, dissertantlar, doktorantlar, müəllimlər, gənc tədqiqatçılar, məktəblilər və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Nəşr Azərbaycan İdman Akademiyasının Metodşurasının 13 fevral 2023-cü il tarixli iclasında (protokol №6) müzakirə olunaraq bəyənilib və çapı məqsədəuyğun hesab edilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"Neftçi" Avropa Kubokunda mübarizəyə başlayır
Bugün, 11:33 Basketbol
-
Şahmat millilərimiz bu gün olimpiadada növbəti görüşlərini keçirəcəklər
Bugün, 11:05 Şahmat
-
Millimiz Bakıda Tacikistan yığması ilə qarşılaşacaq
Bugün, 10:48 Futbol
-
Daha üç boksçumuz Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb
Bugün, 10:32 Boks
-
"Mingəçevir Reqatası" növbəti dəfə Köndələn su anbarında start götürəcək
Bugün, 10:09 Gündəm
-
Cüdoçularımız Sarayevoda beynəlxalq turnirdə iştirak edəcəklər
22.09.2026, 22:02 Cüdo
-
Veteran cüdoçularımızdan dünya çempionatında daha iki qızıl medal
22.09.2026, 21:42 Cüdo
-
MOK-da Yunanıstanın Azərbaycandakı səfiri ilə görüş olub
22.09.2026, 16:00 MOK
-
71 yaşılı dünya çempionu: “Əsas məqsədimə çatdim”
22.09.2026, 15:23 Müsahibə
-
Cüdoçularımız kata üzrə dünya çempionatında iştirak edəcəklər
22.09.2026, 13:18 Cüdo
-
Azərbaycan - Çexiya matçına hakim təyinatları açıqlanıb
22.09.2026, 13:04 Futbol
-
AŞF rəsmisi Ümumdünya Şahmat Olimpiadasında seans keçirib
22.09.2026, 12:43 Şahmat
-
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan millilərinin növbəti rəqibləri müəyyənləşib
22.09.2026, 10:34 Şahmat
-
İki boksçumuz Avropa çempionatında növbəti mərhələyə vəsiqə qazandı
22.09.2026, 10:17 Boks
-
Üç cüdoçumuz veteranlar arasında dünya çempionatında medal qazanıb
22.09.2026, 00:19 Cüdo
-
Cəlilabadda sərbəst güləş turniri keçirilib
21.09.2026, 19:42 Güləş
-
“20 Sentyabr - Dövlət Suverenliyi Günü” münasibətilə mini futbol turniri keçirilib
21.09.2026, 17:35 Futbol
-
Azərbaycanın çimərlik voleybolçuları U-18 Avropa çempionatında iştirak ediblər
21.09.2026, 17:16 Voleybol
-
Uşaqlar arasında əyləncəli idman yarışı keçirilib
21.09.2026, 15:37 Olimpiya dünyası
-
“İdman hamı üçün” devizi altında kütləvi açıq idman tədbiri keçirilib
21.09.2026, 13:44 Olimpiya dünyası
-
Yardımlıda “20 Sentyabr - Dövlət Suverenliyi Günü”nə həsr olunmuş turnir keçirilib
21.09.2026, 12:29 Atletika
-
“20 Sentyabr – Dövlət Suverenliyi Günü” münasibətilə həndbol yarışı keçirilib
21.09.2026, 12:02 Olimpiya dünyası
-
Ədalət təmsilçimiz dünya çempionatına təyinat alıb
21.09.2026, 11:52 Cüdo
-
Üç boksçumuz Avropa çempionatının 1/4 finalında
21.09.2026, 11:17 Boks
-
Azərbaycan çempionatı başa çatıb
21.09.2026, 10:33 Su idman növləri
-
Atletimiz dünya çempionatında iştirak edib
21.09.2026, 10:12 Atletika
-
Cüdoçumuz veteranlar arasında dünya çempionu olub
20.09.2026, 22:25 Cüdo
-
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb
20.09.2026, 10:36 Gündəm
-
Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür
20.09.2026, 09:00 Gündəm
-
AFFA və Pakistan Futbol Federasiyası arasında əməkdaşlıq məsələləri müzakirə edilib
18.09.2026, 15:40 Futbol
-
Güləşçilərimiz dünya çempionatına Göygöldə hazırlaşacaqlar
18.09.2026, 15:20 Güləş
-
Cüdo millimizin Bakıdakı dünya çempionatı üçün ilkin heyəti açıqlanıb
18.09.2026, 15:05 Cüdo
-
“Olimpsport” jurnalının yeni buraxılışı işıq üzü görüb
18.09.2026, 14:30 Olimpiya dünyası
-
Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümünün püşkü atılıb
18.09.2026, 13:45 Futbol