Məşhur tennisçi böyük idmanla vidalaşıb

Məşhur tennisçi böyük idmanla vidalaşıb

Olimpizm xəbərləri

13.01.2026, 10:00

Tennis üzrə 2016-cı ildə keçirilən Uimbldon yarışlarının finalçısı, dünya reytinqinin üçüncüsü olan kanadalı Miloş Raoniç peşəkar idman karyerasını başa vurub. O, bu xəbəri şəxsi sosial media səhifəsində açıqlayıb.

“Tennis həyatımın əsas hissəsini dəyişib. Bu müddət ərzində arzularımı gerçəkləşdirdiyim üçün inanılmaz dərəcədə şanslı olmuşam”, - deyə Raoniç qeyd edib.

Məlumat üçün bildirək ki, 35 yaşlı kanadalı tennisçi 2024-cü ilin ortalarından bəri heç bir yarışda iştirak etməyib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR