"Qarabağ" klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turu çərçivəsində Bakıda Almaniyanın “Ayntraxt” klubu ilə qarşılaşıb.
Olimpnews.az xəbər verir ki, Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyun "Qarabağ"ın qələbəsi ilə başa çatıb -3:2. Qurban Qurbanovun komandasının heyətində qolları 4-cü və 80-ci dəqiqələrdə Kamilo Duran, 90+4-cü dəqiqədə Bəhlul Mustafazadə vurub. Rəqib komandada isə 11-ci dəqiqədə Can Uzun, 78-ci dəqiqədə isə Fares Çaibi fərqlənib.
Bu nəticədən sonra “Qarabağ” turnir cədvəlində 10 xalla 17-ci, 4 xala malik “Ayntraxt” isə 33-cü pillədə qərarlaşıb.
Ağdam təmsilçisi Çempionlar Liqasının əsas mərhələsində sonuncu matçını yanvarın 29-da İngiltərədə “Liverpul” klubuna qarşı keçirəcək.
"Qarabağ" Bakıda "Ayntraxt" üzərində əzmkar qələbə qazandı


