“Neftçi” İdman Klubu 2025-ci ildə böyük uğurlara imza atıb
Olimpizm xəbərləri
23.01.2026, 09:54
Klubun idmançıları ili 1172 medalla başa vurublar
“Neftçi” İdman Klubunun fəaliyyətində əsas prioritetlərdən biri Azərbaycan idmanının inkişafına davamlı dəstək göstərmək və bu sahəyə töhfə verməkdir. Bu baxımdan, 2025-ci ilin klub üçün yaddaqalan illərdən biri olduğunu söyləyə bilərik. Ötən il ərzində klubumuz neft, qaz və kimya sənayesi işçiləri arasında idmanın müxtəlif növləri üzrə mütəmadi yarışlar təşkil etməklə yanaşı, peşəkar idmançıların yetişdirilməsi istiqamətində də uğurlu fəaliyyət göstərib. Yola saldığımız ildə “Neftçi” İdman Klubu çoxsaylı nailiyyətlər əldə edib. İl ərzində klubun strukturunda fəaliyyət göstərən idman qurğularında 26 idman növü üzrə 117 peşəkar məşqçinin rəhbərliyi altında 2000-dən çox yeniyetmə və gənc, həmçinin yüzlərlə neftçi mütəmadi olaraq idmanla məşğul olub. 2025-ci ildə klub tərəfindən SOCAR-ın strukturuna daxil olan neft, qaz və kimya sənayesi müəssisələrində çalışan işçilərə və onların ailə üzvlərinə təmənnasız bədən tərbiyəsi və idman xidmətləri göstərilib. Bu çərçivədə stolüstü tennis, nərd, şahmat, 3x3 basketbol, voleybol, üzgüçülük, kamandan oxatma, minifutbol, çimərlik voleybolu, velosiped, atletika, bilyard və atıcılıq idman növləri üzrə turnirlər təşkil olunub. Sözügedən yarışlarda minə yaxın neftçi iştirak edib. Keçirilmiş bu yarışların nəticələrinə əsasən, SOCAR-ın həmin idman növləri üzrə yığma komandalarının heyəti müəyyən olunub və bu komandalar ilboyu Gənclər və İdman Nazirliyi tərəfindən dövlət qurumlarının əməkdaşları arasında keçirilən 18 yarışdan hər birində iştirak ediblər. Təmsilçilərimiz bu turnirlərdə uğurla çıxış edərək 14 idman növündə 6-sı qızıl, 10-u gümüş və 10-u bürünc olmaqla, ümumilikdə 26 medal qazanıblar. Sevindirici haldır ki, əməkdaşları ilboyu Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən bütün turnirlərdə inamla çıxış edən SOCAR, ilin sonunda dövlət qurumları arasında ikinci yeri tutub. 2025-ci ildə böyük idman və peşəkar idmançıların hazırlığı sahəsində də çoxsaylı uğurlar qazanılıb. Müxtəlif idman növləri üzrə “Neftçi” İdman Klubunun açıq birincilikləri keçirilib ki, bu yarışlarda da yüzlərlə atlet bacarığını nümayiş etdirib. Klubun yetirmələri VI İslam Həmrəyliyi Oyunlarında, ölkəmizdə keçirilmiş III MDB Oyunlarında, yeniyetmə və gənclər, eləcə də böyüklər arasında Avropa, dünya çempionatlarında, həmçinin digər nüfuzlu beynəlxalq turnirlərdə, respublika və paytaxt miqyaslı yarışlarda yüksək nəticələr əldə ediblər. Ümumilikdə, idmançılarımız bu yarışlarda 411-i qızıl, 314-ü gümüş, 447-si bürünc olmaqla 1172 medala sahib çıxıblar. Ötən il “Neftçi” İdman Klubu üçün təkmübarizlik növləri ilə yanaşı, komanda oyun növləri üzrə də uğurlu olub. “Neftçi” İdman Klubunun basketbol komandası 2024/2025 mövsümündə Azərbaycan çempionatında ikinci yeri tutub və tarixində ilk dəfə FIBA Avropa Kubokunun qrup mərhələsində çıxış edərək, bu mərhələni 9 xalla başa vurub. Futzal komandamız isə ötən mövsüm Yüksək Liqada bürünc mükafat qazanıb. Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin 2025-ci ilin idman yekunlarına həsr olunmuş “İlin idman yekunları” adlı tədbirində müxtəlif nominasiyalar üzrə ilin qaliblərinin mükafatlandırılma mərasimi olub. “Neftçi” İdman Klubu ilin “Ən yaxşı idman klubu” nominasiyasında ikinci yeri tutub. Klubumuzun təmsilçiləri - Jalə Əliyeva ilin ən yaxşı qadın, Həsrət Cəfərov isə ən yaxşı kişi idmançısı adına layiq görülüblər. Digər idmançımız İsa Rüstəmov isə ilin ən yaxşı idmançıları arasında üçüncü olub. Sevindirici haldır ki, İlin “ən yaxşı paralimpiyaçısı” nominasiyasında hər üç mükafata “Neftçi” İdman Klubunun təmsilçiləri layiq görülüb: İlham Zəkiyev birinci, Roman Saley ikinci, Kamran Zeynalov isə üçüncü yeri tutub.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK
-
2042-ci il Qış Olimpiya Oyunları üçün ABŞ-dan yeni təşəbbüs
23.06.2026, 15:54 Olimpizm xəbərləri
-
Voleybol məşqçiləri üçün “Təhlükəsiz idman - hamı üçün” mövzusunda seminar keçiriləcək
23.06.2026, 15:34 Olimpizm xəbərləri
-
UFC döyüşçüləri Bakıda azarkeşlərlə görüşəcəklər
23.06.2026, 15:17 Gündəm
-
Beynəlxalq Olimpiya Günü münasibəti ilə “Xatirələrdə yaşayanlar” adlı tədbir keçirilib
23.06.2026, 14:19 MOK
-
23 iyun - Beynəlxalq Olimpiya Günüdür
23.06.2026, 10:47 Olimpizm xəbərləri
-
Usta ağırlıqqaldıranlarımız Avropa çempionatında iştirak edirlər
23.06.2026, 03:51 Ağırlıqqaldırma
-
Taekvondoçularımız beynəlxalq yarışda 3 medal qazanıblar
23.06.2026, 00:10 Taekvondo
-
Qadınlardan ibarət Azərbaycan millisi Fərid Qayıbovla görüşüb
22.06.2026, 18:15 Futbol
-
Çimərlik futbolu üzrə Azərbaycan millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib
22.06.2026, 17:52 Futbol
-
Azərbaycan kamandan oxatanları Dünya Kubokunda mübarizə aparacaqlar
22.06.2026, 17:41 Olimpiya dünyası
-
AMADA Gəncədə təmiz idman dəyərlərinin təşviqinə dair maarifləndirmə proqramı təşkil edib
22.06.2026, 16:45 AMADA
-
Parabadmintonçusmuz Fransada bürünc medal qazanıb
22.06.2026, 14:57 Olimpiya dünyası
-
Taekvondoçularımız beynəlxalq turnirdə 6 medal qazanıblar
22.06.2026, 14:35 Taekvondo
-
Azərbaycan alpinistləri İtaliyadakı Monte Paterno zirvəsinə qalxıblar
22.06.2026, 14:14 Olimpiya dünyası
-
Avarçəkənlərimiz beynəlxalq reqatada iştirak edəcəklər
22.06.2026, 12:17 Su idman növləri
-
Badmintonçumuz Serbiyada bürünc medala sahib oldu
22.06.2026, 11:49 Olimpiya dünyası
-
Bu gün DÇ-2026-da daha 4 oyun keçiriləcək
20.06.2026, 19:22 Futbol
-
"Zirə" heyətini yeni futbolçu ilə gücləndirir
20.06.2026, 19:20 Futbol
-
"Neftçi" Dünya Seriyasının Sumqayıt mərhələsinin 1/4 finalında
20.06.2026, 18:52 Basketbol
-
Dünya Kuboku: İki boksçumuz bürünc medal qazandı, bir idmançımız isə finalda
20.06.2026, 17:52 Boks
-
"Ağ-qaralar"dan növbəti transfer
20.06.2026, 17:30 Futbol
-
Məktəblilərin Respublika İdman Olimpiadasının açılış mərasimi keçirilib
20.06.2026, 16:40 Gündəm
-
"Sheki Open 2026" Beynəlxalq Şahmat Festivalının təntənəli açılış mərasimi keçirilib
19.06.2026, 20:18 Son xəbər
-
UFC-də beşinci azərbaycanlı döyüşçü
19.06.2026, 20:02 Gündəm
-
Gələn il Bakıda Avropa Gimnastikasının XXXII Konqresi keçiriləcək
19.06.2026, 19:36 Gündəm
-
Cüdoçularımız "Böyük Dəbilqə" turnirinə iki medalla başladılar
19.06.2026, 14:37 Cüdo
-
Avropa Su İdmanı Federasiyasının konfransı ilk dəfə Bakıda!
19.06.2026, 12:51 Gündəm
-
Voleybol millilərimiz Avropa Liqasında növbəti oyunlarına çıxacaq
19.06.2026, 10:10 Voleybol
-
Meksika millisi dünya çempionatında növbəti qələbəsini qazand
19.06.2026, 07:15 Futbol
-
Azərbaycanın kamandan oxatma üzrə idmançısı IV Avropa Oyunlarında iştirak etmək üçün kvota qazanıb
18.06.2026, 17:00 Gündəm
-
Bu gün DÇ-2026-da II turun oyunlarına start veriləcək
18.06.2026, 16:47 Futbol
-
Paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib
18.06.2026, 16:40 Olimpizm xəbərləri