Qış Olimpiadasının əfsanlərindən sayılan norveçli xizəkçi Yohannes Klebo Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarında karyerasının altıncı qızıl medalını qazanıb.
Olimpnews.az xəbər verir ki, Klebo məsafəni 46:11.0 saniyəyə qət edib.
Qeyd edək ki, Klebo əvvəllər fərdi (Pxençxan-2018, Pekin 2022) və komanda (2018) sprintlərində, eləcə də Norveç estafet komandasının (2018) tərkibində Olimpiya Oyunlarının qızıl medallarını qazanıb.


