Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Olimpizm xəbərləri
16.02.2026, 18:13
Azərbaycan Gimnastika Federasiyasının (AGF) hesabat-seçki xarakterli 16-cı ümumi yığıncağı keçirilib. Azərbaycan Gimnastika Fededasiyasının mətbuat xidmətindən verilən məlumata görə, rəsmi açılışdan sonra federasiyanın vitse-prezidenti Altay Həsənov 2021–2025-ci illər ərzində federasiyanın fəaliyyəti, keçirilən yarışlar və əldə olunan nəticələr barədə video-hesabatla çıxış edib. O bildirib ki, son beş ildə Azərbaycan gimnastikası dinamik inkişaf edib və gimnastlarımız beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil ediblər. AGF-nin maliyyə direktoru Viktoriya Abuşova isə 2021-2025-ci illər üzrə maliyyə hesabatını təqdim edib. Ümumi yığıncaqda federasiyanın Nizamnaməsinə müvafiq dəyişikliklər edilib və yeni redaksiyada təsdiqlənib. Federasiyanın Nəzarət-Təftiş və İntizam Komissiyalarının strukturunda dəyişikliklər aparılıb, Atletlər və Apellyasiya Komissiyalarının formalaşdırılması Nizamnamədə öz əksini tapıb. Daha sonra İcra Komitəsinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, Mehriban xanım Əliyeva növbəti beş il müddətinə yenidən AGF-nin prezidenti (İcra Komitəsinin sədri) seçilib. Altay Həsənov federasiyanın vitse-prezidenti (İcra Komitəsinin sədr müavini), Rauf Əliyev, Rafiq Beybutov və Vəfa Bəkərova isə növbəti beş il müddətinə İcra Komitəsinin üzvləri kimi təsdiq ediliblər. İclasda “İntizam Qaydaları”, “Etika Qaydaları”, habelə “Gimnastikada təhlükəsiz mühitin təminatı və iştirakçıların şəxsiyyətinin qorunması Qaydaları” müzakirə olunaraq qəbul edilib. Belə ki, Mahir Rəfiyev, Elşad Nərimanov və Ruslan Mirzəzadə Nəzarət-Təftiş Komissiyasının, Nazim Rəcəbov, Aytac Qasımova, Elmar Cəlilov, Namiq Əliyev və Jalə Əhmədova İntizam Komissiyasının, Xaqani Məmmədov, Elçin Usub və Rəşad Axundov isə Apellyasiya Komissiyasının üzvləri seçiliblər. Sonda 2025-ci ildə mötəbər yarışlarda yüksək nəticələr əldə etmiş idmançılar xatirə medalları ilə təltif olunublar.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Bakıda keçiriləcək UFC turniri üçün Bakıya 70-ə yaxın ölkədən azarkeş gələcək
Bugün, 12:04 Gündəm
-
Kamandan oxatma üzrə Bakı şəhər kubokunun II mərhələsi keçiriləcək
Bugün, 11:36 Olimpiya dünyası
-
Azərbaycan Güləş Federasiyasında yenilik
Bugün, 11:27 Gündəm
-
XXIX "Şahin" hərbi-idman oyununun final mərhələsi keçirilib
Bugün, 11:09 Olimpiya dünyası
-
"Zirə"nin Konfrans Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyyənləşəcək
Bugün, 10:56 Futbol
-
Avropa Liqası: Bu gün "Qarabağ"ın I təsnifat mərhələsindəki rəqibi müəyyənləşəcək
Bugün, 10:05 Futbol
-
Bu gün "Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşəcək
Bugün, 09:18 Futbol
-
İran və Yeni Zelandiya yığmalarının oyunu heç-heçə yekunlaşdı
Bugün, 09:00 Futbol
-
DÇ-2026-da növbəti bərabərlik
Bugün, 08:46 Futbol
-
DÇ-2026: Belçika Misir oyununda qalib müəyyənləşmədi
Bugün, 01:00 Futbol
-
"Turan Tovuz"un Konfrans Liqası ilə bağlı şikayətini təmin edilmədi
Bugün, 00:08 Futbol
-
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib
15.06.2026, 00:06 Gündəm
-
Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib
15.06.2026, 00:01 Gündəm
-
AOK-un 55-ci Baş Assambleyasına yekun vurulub
13.06.2026, 23:20 MOK
-
Avarçəkənimiz Avropa çempionu olub
12.06.2026, 15:17 Su idman növləri
-
"Real" 32 saata Bernardo Silvanın transferini yekunlaşdırdı
12.06.2026, 13:52 Futbol
-
AOK-un 55-ci Baş Assambleyası öz işinə başlayıb
12.06.2026, 13:21 MOK
-
DÇ-2026 fərqli olacaq: 3 ev sahibi, 48 komanda, 104 oyun
12.06.2026, 12:58 Gündəm
-
Rövşən Nəcəf Dünya Korporativ Oyunlarının qalibi olan komanda ilə görüşüb
12.06.2026, 11:45 Olimpiya dünyası
-
Sumqayıtda 3x3 basketbol üzrə beynəlxalq turnir keçiriləcək
12.06.2026, 11:04 Basketbol
-
Kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında növbəti oyununu keçirəcək
12.06.2026, 10:52 Voleybol
-
Dünya Kuboku: Cənubi Koreyadan əzmkar qələbə
12.06.2026, 09:33 Futbol
-
Stolüstü tennis üzrə Liqa turniri başa çatıb
12.06.2026, 08:55 Tennis
-
Meksika Dünya Kubokunun açılış oyununda qalib gəldi
12.06.2026, 01:22 Futbol
-
Mourinyo yenidən "Real"da
12.06.2026, 00:09 Futbol
-
Dünya çempionatının açılış mərasimi keçirilib
11.06.2026, 22:58 Gündəm
-
Basketbol millimiz dünya reytinqində ilk pilləyə yüksəlib
11.06.2026, 22:14 Basketbol
-
Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir
11.06.2026, 14:40 Olimpiya dünyası
-
Sevdiyim komanda mənə əzizdir, futbol isə ondan da əzizdir
11.06.2026, 09:59 Gündəm
-
Azərbaycan boks tarixində ilk
09.06.2026, 17:35 Gündəm
-
MOK və ”Visa” arasında tərəfdaşlıq müqaviləsi yenilənib
09.06.2026, 12:49 MOK
-
"Judo Club 2012" klubunda ümumrespublika seminarı keçirilib
09.06.2026, 11:51 Olimpiya dünyası
-
Millimiz bu gün San Marino yığması ilə qarşılaşacaq
09.06.2026, 10:26 Futbol
-
Olimpiya mükafatçımız U-17 millisinin böyük məşqçisi təyin edildi
08.06.2026, 22:14 Son xəbər