"Neftçi"nin futbolçusu Freddi Varqasın qolu sosial şəbəkədə 22 milyondan çox baxış toplayıb

\"Neftçi\"nin futbolçusu Freddi Varqasın qolu sosial şəbəkədə 22 milyondan çox baxış toplayıb 

Futbol

Bugün, 11:15

"Neftçi"nin futbolçusu Freddi Varqasın Misli Premyer Liqasında vurduğu qolun videosu sosial mediada 22 milyondan artıq baxış toplayıb.

"Report"un məlumatına görə, "ağ-qaralar"ın rəsmi instaqram səhifəsində yayımlanan postun izlənmə sayı hələ də artmaqda davam edir.

27 yaşlı cinah oyunçusunun həmin videosuna 800 mindən çox bəyənmə və 1300-dən artıq şərh yazılıb.

Qeyd edək ki, Venesueladan olan futbolçu Misli Premyer Liqasının XXX turda səfərdə "Karvan-Yevlax" üzərində 3:0 hesablı qələbə ilə başa çatan görüşdə komandasının sonuncu qolunu vurub.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR