"Qarabağ" Qəbələ səfərindən bir xalla qayıdır

\"Qarabağ\" Qəbələ səfərindən bir xalla qayıdır

Futbol

Bugün, 19:30

Futbol üzrə Misli Premyer Liqasında XXXI turun oyunları davam edir.

Olimpnews.az xəbər verir ki, bu gün tur çərçivəsində daha bir oyun keçirilib. Günün ilk oyununda "Qəbələ" klubu doğma meydanda "Qarabağ"ı qəbul edib. Qəbələ şəhər stadionunda keçirilən oyunda qalib müəyyənləşməyib - 1:1.

Matçda hesabı Ağdam təmsilçisi açıb. 29-cu dəqiqədə Kadi Borges qolla yadda qalıb. Lakin ikinci hissədə - 57-ci dəqiqədə "Qəbələ"nin futbolçusu İsmael Akinade hesabdakı tarazlığı bərpa edib. "Qarabağ" klubu hazırda 63 xalla 2-ci, aktivində 21 xalı olan "Qəbələ" isə 11-cidir.

Premyer Liqada XXXI turun oyunlarına sabah yekun vurulacaq. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR