"Neftçi" və Türkiyə klubu arasında əməkdaşlıq imkanlarını müzakirə edilib

\"Neftçi\" və Türkiyə klubu arasında əməkdaşlıq imkanlarını müzakirə edilib

Futbol

Bugün, 13:27

"Neftçi" İdman Klubunun nümayəndə heyəti icraçı direktor Fərəc Əliyevin rəhbərliyi ilə Türkiyənin İzmir şəhərinə səfər edərək "Aliağa Petkim Spor" komandası ilə əməkdaşlıq imkanlarını müzakirə edib.

"Ağ-qaralar"ın mətbuat xidmətindən Olimpnews.az-a verilən məlumata görə, görüşlər çərçivəsində tərəflər əsasən basketbol növü üzrə inkişaf perspektivləri, birgə təlim-məşq toplanışlarının təşkili, gənc idmançıların hazırlanması və digər müvafiq məsələlər barədə fikir mübadiləsi aparıblar.

Səfər nəticəsində iki klub arasında gələcəkdə birgə layihələrin icra edilməsi, qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi və münasibətlərin davamlı inkişafı barədə razılıq əldə olunub.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR