“Herta”nın gənc istedadı Dortmund yolunda

“Herta”nın gənc istedadı Dortmund yolunda

Futbol

11.05.2026, 21:36

"Borussia Dortmund" heyətini gənc və perspektivli futbolçu ilə gücləndirməyə hazırlaşır.

Olimpnews.az xəbər verir ki, Dortmund təmsilçisi "Herta Berlin"nin 16 yaşlı istedadı Kennet Ayxhornun transferində mühüm irəliləyiş əldə edib.

Məlumata görə, tərəflər arasında aparılan danışıqlar müsbət yekunlaşmaq üzrədir və transferin yaxın günlərdə rəsmiləşdirilməsi gözlənilir. Gənc futbolçuya Avropanın bir sıra tanınmış klubları maraq göstərsə də, Ayxhornun karyerasını məhz Dortmund klubunda davam etdirmək istədiyi bildirilir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR