Maykl Olise “Real Madrid”a keçməyə hazırdır

 Maykl Olise “Real Madrid”a keçməyə hazırdır  

Futbol

Bugün, 16:19

“Real Madrid”in maraq dairəsində olan "Bayern Münhen" klubunun futbolçusu Maykl Olise İspaniya nəhənginə transferə razılıq verib.

Olimpnews.az xəbər verir ki, məlumata görə, futbolçuya Madrid klubunun onunla maraqlandığı bildirilib və o, bu keçidə müsbət yanaşıb. “Real Madrid” rəhbərliyi də oyunçunun istəyindən xəbərdardır və gələn həftə transferlə bağlı rəsmi təklif göndərməyə hazırlaşır.

Bildirilir ki, tərəflər arasında danışıqların yaxın günlərdə daha da intensivləşəcəyi gözlənilir. Mənbə kimi jurnalist Ramon Alvares de Monun məlumatı göstərilir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR