Rəşid Məmmədəliyev: "Güc cəhətdən heç kimdən geridə qalmıram"

Rəşid Məmmədəliyev: \"Güc cəhətdən heç kimdən geridə qalmıram\" 

Cüdo

Bugün, 21:23

"Yarışla bağlı təəssüratlarım çox gözəldir. Həm hazırlıq, həm çəki salmaq, həm də çəki saldıqdan sonra bərpa olunmaq mərhələsini bacardığım qədər düzgün yerinə yetirdiyimi düşünürəm".

Olimpnews.az xəbər verir ki, bunu Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanan Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev (73 kiloqram) jurnalistlərə açıqlamasında deyib.

O, doğma azarkeşlər önündə çıxış etməyin həyəcanlı olduğunu və daha yüksək nəticə üçün səhvlər üzərində işləməyin vacibliyini vurğulayıb: “Müəllimlərimin, eləcə də komandadakı təcrübəli yoldaşlarımın məsləhətlərinə qulaq asırdım. Nəticə də göz qabağındadır. Fikirləşirəm ki, səhvlərimin üzərində işləməliyəm. Özümə daha çox güvənməliyəm. Çünki güc cəhətdən heç kimdən geridə qalmıram. Sadəcə, bəzən etdiyim səhvlərə görə uduzuram. Çalışacağam ki, həmin səhvləri düzəldim”.

Cüdoçu qazandığı uğuru xüsusi olaraq kiməsə həsr etmədiyini, ona dəstək olan hər kəsə minnətdar olduğunu bildirib: “Bunu yalnız bir və ya iki nəfərə həsr etdiyimi desəm, böyük səhv olar. Çünki tanıdığım hər kəs mənə dəstək göstərir, kömək edir, tribunalar dəstəkləyir. Bir-iki nəfərin adını çəkməklə hər kəsin haqqına girmək istəmirəm. Hər kəsə təşəkkürümü bildirirəm. Fikirləşirəm ki, bacardığım qədər onların ümidlərini doğrultdum”.

Üçüncü yer uğrunda görüşdəki braziliyalı rəqibindən söz açan R.Məmmədəliyev ona qalib gəlmək üçün qurduqları taktikanın bəhrə verdiyini qeyd edib: “Braziliyalı idmançını yaxşı tanıyırdım. Təlim-məşq toplanışlarında onunla çox güləşmişəm. Təcrübəli cüdoçudur, bundan öncə həm Olimpiada, həm də dünya çempionatında nəticələri olub. Müəllimlərlə birlikdə onun görüşlərinə uyğun plan qurduq. Həmin plana uyğun güləşdim və şükürlər olsun ki, qalib gələ bildim”.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR