Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları Vətənə qayıdıblar
Olimpizm xəbərləri
01.09.2014, 10:14

Sərbəst güləş üzrə Olimpiya çempionu İqbal Hacızadə deyib: "Olimpiya oyunlarında iştirak etdiyim və Azərbaycan bayrağını yüksəklərə qaldırdığım üçün çox xoşbəxtəm. Gərgin görüşlər keçirdim və sonda istəyimə nail oldum. Bu mötəbər yarışa ciddi hazırlaşmışdım. Gərgin məşqlərim öz bəhrəsini verdi. Qələbəimi bütün Azərbaycan xalqına həsr edirəm”.
"Mən çox sevinirəm ki, Azərbaycanı yarışda layiqincə təmsil etdim. Bu yarışa ciddi hazırlaşmışdım və nəticədə qızıl medal qazandım. Final qarşılaşması çətin olsa da, bütün gücümü toplayıb rəqibi məğlub etdim və fəxri kürsünün ən yüksək pilləsinə qalxdım”, - deyə boks üzrə qızıl medalın sahibi Rüfət Hüseynov vurğulayıb.
Üç təkanla tullanma yarışlarında bürünc medal qazanan Nazim Babayev bildirib ki, qalib olmağı çox istəyirdim. Amma bürünc medal qazandım. Bundan sonra öz üzərimdə daha ciddi çalışaraq növbəti mötəbər yarışlarda qızıl medal qazanacağam. Medal qazanmağımda böyük əməyi olan məşqçilərimə öz təşəkkürümü bildirir və komanda yoldaşlarımı qazandıqları nailiyyətə görə təbrik edirəm.
İyirmi doqquz idman növü üzrə keçirilmiş yarışlarda 204 ölkədən 3888 idmançı iştirak edib.
Azərbaycan 9 idman növündən (avarçəkmə, cüdo, taekvondo, boks, sərbəst güləş, yunan–Roma güləşi, üzgüçülük, atletika, kamandan oxatma, güllə atıcılığı) 5 qızıl, 6 gümüş və 1 bürünc medal qazanıb. Bununla da 204 iştirakçı ölkə və medal qazanmış 86 ölkə arasında 10-cu yeri tutub. Avropa ölkələri arasında 6-cı, MDB-də Rusiya və Ukraynadan sonra 3-cü, İslam və Qafqaz ölkələri arasında 1-ci yerdədir. Yarışda iştirak edən 21 idmançıdan 12-si Vətənə medalla qayıdıb.
İdmançılarımızdan Səid Quliyev (73 kq) taekvondo, İslambek Dadov (69 kq) yunan-Roma, Rüfət Hüseynov (49 kq) boks, Teymur Məmmədov (63 kq) sərbəst güləş, İqbal Hacızadə (100 kq) sərbəst güləş üzrə qızıl medala sahib olublar.
II Yay Olimpiya Oyunlarında Leyla Əliyeva (44 kq) cüdo, Natiq Qurbanlı (55 kq) cüdo, Ceren Ozbek (44 kq) taekvondo, Baris Yotov avarçəkmə (1 nəfərlik qayıq), Cabbar Nəcəfov (50 kq) yunan-Roma güləşi, Leyla Qurbanova (52 kq) qadın güləşi üzrə gümüş medal, Nazim Babayev isə atletika (3 təkanla tullanma) üzrə bürünc medal qazanıblar.
Sinqapurda yeniyetmələrin Yeniyetmələrin I Yay Olimpiya Oyunlarına nəzər salsaq, bu oyunlarda Azərbaycan 5 idman növündə (ağır atletika, güləş, boks, cüdo, avarçəkmə) 12 nəfərdən ibarət komanda ilə təmsil olunmuşdur. Nəticədə 3 idman növündə (ağır atletika, güləş, boks) 5 qızıl və 3 gümüş medal qazanaraq komanda hesabında 204 ölkə arasında 11-ci yeri tutub.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Yardımlıda “20 Sentyabr - Dövlət Suverenliyi Günü”nə həsr olunmuş turnir keçirilib
Bugün, 12:29 Atletika
-
“20 Sentyabr – Dövlət Suverenliyi Günü” münasibətilə həndbol yarışı keçirilib
Bugün, 12:02 Olimpiya dünyası
-
Ədalət təmsilçimiz dünya çempionatına təyinat alıb
Bugün, 11:52 Cüdo
-
Üç boksçumuz Avropa çempionatının 1/4 finalında
Bugün, 11:17 Boks
-
Azərbaycan çempionatı başa çatıb
Bugün, 10:33 Su idman növləri
-
Atletimiz dünya çempionatında iştirak edib
Bugün, 10:12 Atletika
-
Cüdoçumuz veteranlar arasında dünya çempionu olub
20.09.2026, 22:25 Cüdo
-
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb
20.09.2026, 10:36 Gündəm
-
Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür
20.09.2026, 09:00 Gündəm
-
AFFA və Pakistan Futbol Federasiyası arasında əməkdaşlıq məsələləri müzakirə edilib
18.09.2026, 15:40 Futbol
-
Güləşçilərimiz dünya çempionatına Göygöldə hazırlaşacaqlar
18.09.2026, 15:20 Güləş
-
Cüdo millimizin Bakıdakı dünya çempionatı üçün ilkin heyəti açıqlanıb
18.09.2026, 15:05 Cüdo
-
“Olimpsport” jurnalının yeni buraxılışı işıq üzü görüb
18.09.2026, 14:30 Olimpiya dünyası
-
Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümünün püşkü atılıb
18.09.2026, 13:45 Futbol
-
Ümumdünya Şahmat Olimpiadası davam edir
18.09.2026, 12:33 Şahmat
-
"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb
18.09.2026, 10:53 Formula 1
-
Azərbaycanın 2 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
18.09.2026, 10:05 Boks
-
Azərbaycan Basketbol Liqasında yeni mövsümün açılış oyununun tarixi müəyyənləşib
17.09.2026, 16:25 Basketbol
-
Azərbaycan Kubokunun final matçı ilk dəfə Gəncə şəhər stadionunda keçiriləcək
17.09.2026, 15:17 Futbol
-
Azərbaycan milliləri bu gün Ümumdünya Şahmat Olimpiadasında Filippin və Danimarka ilə qarşılaşacaqlar
17.09.2026, 10:11 Şahmat
-
UEFA Avropa Liqasında əsas mərhələnin ilk oyunları keçirilib
17.09.2026, 01:29 Futbol
-
"Gəncə Open-2026" Beynəlxalq Şahmat Festivalının mükafat fondu açıqlanıb
16.09.2026, 16:27 Şahmat
-
Şahin Mustafayev yenidən Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
16.09.2026, 16:22 Tennis
-
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
16.09.2026, 14:07 Gimnastika
-
2027-ci ildə keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıb
16.09.2026, 13:20 Formula 1
-
Şahmat komandalarımız 46-cı Ümumdünya Şahmat Olimpiadasında mübarizəyə başlayır
16.09.2026, 11:52 Şahmat
-
Stolüstü tennisçilərimiz Belçikanın açıq çempionatında çıxış edəcəklər
16.09.2026, 11:36 Tennis
-
Sahildən balıqtutma üzrə Azərbaycan çempionatı keçiriləcək
16.09.2026, 10:04 Su idman növləri
-
Azərbaycan İdman Akademiyasına yeni qəbul olunmuş tələbələrlə görüş olub
15.09.2026, 20:06 Olimpiya dünyası
-
Çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatı yekunlaşdı
15.09.2026, 12:25 Velosiped
-
“Sabah” mövsümə rekordla başladı
15.09.2026, 11:28 Futbol
-
"Araz-Naxçıvan"dan Azərbaycan çempionatlarının yüksək dəstəsində 150-ci qol
15.09.2026, 10:55 Futbol
-
Azərbaycan cüdoçuları Olimpiya Təlim Düşərgəsinə qatılıblar
15.09.2026, 00:09 Cüdo
-
Azərbaycan idmançıları dünya çempionatında 3 bürünc medal qazanıblar
14.09.2026, 23:25 Boks