65-ci qızıl medal Hacı Əliyevdən gəldi

65-ci qızıl medal Hacı Əliyevdən gəldi



Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirilir.
"Olimpnews.az” xəbər verir ki, IV İslam Həmrəyliyi Oyunları çərçivəsində güləş yarışlarına mayın 17-də start verilib. Heydər Əliyev adına İdman Arenasında keçirilən yarışlarda sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamızın 24 üzvü mübarizə aparır.

Mayın 20-də, sərbəst güləş yarışlarının sonuncu günündə ölkəmizi 61 kq dərəcəsində təmsil edən Hacı Əliyev final görüşündə qalib gələrək Azərbaycanın aktivinə 65-ci qızıl medalı yazdırıb. İkiqat dünya çempionu, Rio-2016 Olimpiadasının bürünc mükafatçısı Hacı Əliyev həlledici görüşdə qırğızıstanlı Alibek Osmonov üzərində 10:0 hesabı ilə təmiz qələbə qazanaraq IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmasına baxıblar.
Bu çəki dərəcəsində bürünc medallara iranlı Məsud İsmailpur və pakistanlı Abdul Vahab layiq görülüblər.
Qalib idmançılara medalları dövlətimizin başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev təqdim edib.