FUTBOL
"Mançester Yunayted"i tərk etmək istəyir
"Mançester Yunayted"in yarımmüdafiəçisi Kobbi Maynu yayda klubu tərk etmək istəyir.
Olimpnews.az Tribal Football-a istinadən xəbər verir ki, ingiltərəli futbolçu DÇ-2026 ərəfəsində daha böyük təcrübə qazanmaq üçün bu qərarı verib. Məlumat üçün bildirək ki, 20 yaşlı yarımmüdafiəçi İngiltərə Premyer Liqasının cari mövsümündə cəmi 3 oyuna çıxıb. Onun “qırmızı şeytanlar”la müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.
Paylaş :