“Milan”ın və İtaliya millisinin veteran müdafiəçisi Kristian Panuççi İtaliya stadionlarının bərbad halda olduğunu qeyd edib. Panucci bildirib ki, bu səbəbdən İtaliya böyük beynəlxalq turnirlərə ev sahibliyi etməyə can atmır.
"Bizim dəhşətli stadionlarımız var. Hətta UEFA prezidenti Aleksander Çeferin bunu gizlətməyib. Biz bu sahədə həmişə geridə qalmışıq", - deyə pianetamilan.it Kristian Panuççidən sitat gətirib.