Futbol üzrə UEFA Avropa Liqasının Liqa mərhələsində I turun oyunları davam edir.
Olimpnews.az xəbər verir ki, Niderlandın "Qou Ehed İqlz" komandası doğma meydanda Rumıniyanın FCSB klubu ilə qarşılaşıb.
Oyun qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb. Matçda vurulan yeganə qolun müəllifi 13-cü dəqiqədə fərqlənən David Mikulesku olub.