FUTBOL
Avropa Liqası: "Lill"dən minimal hesablı qələbə
Futbol üzrə UEFA Avropa Liqasının Liqa mərhələsində I turun daha bir oyunu keçirilib.
Olimpnews.az xəbər verir ki, Fransanın “Lill” komandası doğma meydanda Norveçin "Brann" klubu ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Fransa təmsilçisinin heyətində Hamza İqamane (54), Olivier Jiru (80) fərqlənib. Qonaqların heyətində isə Seavar Atli Maqnusson 60-cı dəqiqədə qolla yadda qalıb.
Paylaş :