FUTBOL
Osimhen geri qayıtdı
Türkiyə Super Liqasının yeddinci turu çərçivəsində sabah "Alanyaspor"la qarşılaşan "Qalatasaray" klubunun heyəti açıqlanıb.
Olimpnews.az xəbər verir ki, "sarı-qırmızılılar"ın futbolçuları Viktor Osimhen ve Eren Elmalı zədələrini bərpa edərək iştirakçılar siyahısında yer alıblar.
Qeyd edək ki, "aslanlar"ın bu mövsüm 75 milyon avroya "Napoli"dən transfer etdiyi hücumçu DÇ-2026-nın 7-ci turunda Nigeriya ilə Ruanda komandaları arasında keçirilən oyunda zədələnmişdi.
Paylaş :