FUTBOL
La Liqa: "Barselona" səfərdən üç xalla qayıdır
Futbol üzrə İspaniya La Liqasında VI turun daha bir oyunu keçirilib.
Olimpnews.az xəbər verir ki, "Barselona" klubu "Real Oviedo"nun qonağı olub. Oyun Kataloniya təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda hesab 33-cü dəqiqədə açılıb. Meydan sahiblərinin heyətində Alberto Reina fərqlənib. Lakin matçın ikinci hissəsində Hans-Diter Flikin komandası vəziyyəti öz xeyrinə dəyişməyi bacarıb. Əvvəlcə Erik Qarşıya 56-cı dəqiqədə hesabı bərabərləşdirib. Matçın 70-ci dəqiqəsində isə Robert Levandovski komandasını hesabda önə çıxarıb. Qarşılaşmanın 88-ci dəqiqəsində isə Ronald Arauxo matçda yekun hesabı müəyyənləşdirib -1:3. Beləliklə, "Barselona" klubu qələbə sayəsində xallarının sayını 16-ya çatdıraraq ikinci pillədə qərarlaşıb. "Real Oviedo" isə 3 xalla 18-ci pillədə qalıb.
Paylaş :