FUTBOL
Misli Premyer Liqası: Lider səfərdə xal itirdi
Bu gün futbol üzrə Misli Premyer Liqasında VI turun oyunlarına start verilib.
Olimpnews.az xəbər verir ki, turun açılış matçında "İmişli" klubu lider "Zirə"ni qəbul edib. Quba Olimpiya İdman Kompleksinin stadionunda keçirilən oyun 1:1 hesabı ilə başa çatıb. Matçda hesab 26-cı dəqiqədə açılıb. Meydan sahiblərindən Dioqo Rollo komandasını hesabda irəli çıxarıb. Lakin "İmişli" komandası qələbə hesabını sona qədər qoruya bilməyib. Qarşılaşmanın 80-ci dəqiqəsində paytaxt təmsilçisindən David Volkov bərabərlik gətirən qolun müəllifi olub. Qəsəbə təmsilçisi bu nəticə ilə xallarının sayını 12-yə çatdıraraq liderliyini davam etdirir. "İmişli" komandası isə 8 xalla beşinci pillədə qərarlaşıb.
Paylaş :