FUTBOL
"Futbol özünün ən yaxşı yarımmüdafiəçilərindən birini itirir"
İspaniya futbolunun əfsanələrindən biri olan müdafiəçi Serxio Ramos həmyerlisi Serxio Busqetsin karyerasını bitirmək qərarına münasibət bildirib.
"Serxio, sənə hər şey üçün təşəkkür edirəm. Sən böyük oyunçusan və əla insansan. Futbol özünün ən yaxşı yarımmüdafiəçilərindən birini itirir. Sənə ən yaxşısını arzulayıram", - deyə futbolçu sosial şəbəkədə yazıb. Məlumat üçün bildirək ki, Buskets 2023-cü ildə "Barselona"dan ayrılıb, ABŞ-ın "İnter Miami" klubu ilə müqavilə bağlayıb. Serixio Ramos isə hazırda Çilinin "Moterrey" klubunun şərəfini qoruyur.
Paylaş :