Rostislav Pevtsov “İlin ən yaxşı triatlonçusu” adına namizəddir

Rostislav Pevtsov “İlin ən yaxşı triatlonçusu” adına namizəddir
 
Avropa Triatlon Şurası (ETU) gələn ilin fevralında Minskdə keçiriləcək konfransında "İlin ən yaxşı triatlonçusu”nun adını açıqlayacaq. Siyahıda Azərbaycan yığmasının üzvü Rostislav Pevtsovun da adı var. İdmançımız cari mövsümdə Avropa çempionatında bürünc medal qazanıb, Avropa kuboku yarışlarının qalibi olub. Həmçinin akvatlon üzrə dünya çempionatında birinci yeri tutub. R.Pevtsov Qətərin paytaxtı Dohada keçirilən birinci Dünya Çimərlik Oyunlarında da fərqlənib. Akvatlon üzrə yarışda o bürünc medala layiq görülüb. Sonra R.Pevtsov Kseniya Levkovskaya ilə birlikdə estafetdə ikinci olublar. Hazırda Azərbaycan təmsilçisi Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün mübarizə aparır.