Yardımlı İdman Kompleksinin açılışı olub
BOK
19.06.2020, 11:20
İyunun 18-də Yardımlı rayonunda idman kompleksinin açılışı olub. Açılış mərasimində nazir Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Məclisin deputatı Musa Qasımlı, Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov və digər şəxslər iştirak ediblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiq edilmiş regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində inşa olunan Yardımlı İdman Kompleksi Gənclər və İdman Nazirliyinin sifarişi ilə tikilib. 2013-cü ilin iyunundan tikintisinə başlanan kompleksdə mini futbol, voleybol-basketbol meydançası, açıq meydançalara xidmət edən soyunub-geyinmə, duş otaqlarından ibarət bina, içməli və yanğın su anbarları yaradılıb. Ümumilikdə 1,23 hektar ərazidə inşa edilən kompleksin tikintialtı sahəsi 3919 kvadratmetrdir. Dörd blokdan ibarət kompleksin əsas korpusunda 560 tamaşaçı tutumuna malik universal idman, eləcə də güləş, boks və trenajor zalları, VIP tribuna, soyunma-geyinmə, duş, hakim və məşqçi otaqları, nəzarət, texniki və xidməti kabinetlər var. Burada, həmçinin kafe-restoran, mətbəx, 21 nömrədən ibarət 43 yerlik mehmanxana da fəaliyyət göstərir. Kompleksə ayrıca qaz, su-kanalizasiya, elektrik, rabitə xətləri çəkilib, generator quraşdırılıb. Ərazidə geniş yaşıllıqlar salınıb, piyada yolları və asfalt-beton yollar çəkilib, binalar müasir idman avadanlıqla təchiz edilib, müasir havalandırma, yanğın siqnalizasiya, hidrant sistemləri, internet və televiziya şəbəkəsi, müşahidə kameraları və digər zəruri qurğular quraşdırılıb. Fiziki imkanları məhdud tamaşaçıların və idmançıların kompleksdən istifadə etmələri üçün zəruri şərait yaradılıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar
Bugün, 18:25 Gündəm
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb
Bugün, 16:39 Gündəm
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
Bugün, 16:21 Gündəm
-
Azərbaycan İdman Akademiyası “UI GreenMetric 2026” reytinqində irəliləyib
25.09.2026, 14:51 Olimpiya dünyası
-
Fərid Qayıbov Fidel İlli və Leonard Lulay arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb
25.09.2026, 14:15 Olimpiya dünyası
-
Məşqçilər üçün seminara yekun vurulub
25.09.2026, 11:53 Atletika
-
Şahmat hakimimiz FİDE-nin xüsusi mükafatına layiq görülüb
25.09.2026, 11:38 Şahmat
-
Yaponiyalı üzgüçü dünya rekordunu yeniləyib
25.09.2026, 11:10 Olimpizm xəbərləri
-
Çempionlar Liqası: "Birbaşa Bakı" və "Zirə" 1/8 finaldan mübarizəyə başlayır
25.09.2026, 10:52 Futbol
-
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin yubiley yarışında autizmli gənclər üçün Paddok turu keçirilib
25.09.2026, 10:45 Formula 1
-
Sumqayıt şəhər stadionunda rəhbər dəyişikliyi olub
25.09.2026, 10:38 Futbol
-
Azərbaycan şahmatçıları Olimpiadada Ermənistan və Çexiya ilə qarşılaşacaqlar
25.09.2026, 10:14 Şahmat
-
Formula 2: Sprint yarışında zəncirvari qəza
25.09.2026, 10:00 Formula 1
-
Formula 2-də sprint yarışının qalibi mükafatlandırılıb
25.09.2026, 09:55 Formula 1
-
Formula 2: İsveçli pilot sprint yarışının qalibi oldu
25.09.2026, 09:41 Formula 1
-
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin ikinci gününə start verilir
25.09.2026, 08:00 Formula 1
-
Azərbaycan boksçusu Avropa çempionu olub
24.09.2026, 22:34 Boks
-
Türkdilli Ölkələrin Şahmat Assosiasiyasına üzv dövlətlər silsilə layihələrə start verir
24.09.2026, 19:28 Şahmat
-
Çimərlik güləşi üzrə millimiz Dünya Seriyasının final mərhələsində mübarizə aparacaq
24.09.2026, 17:48 Güləş
-
Boks millimiz Avropa çempionatında rekord nəticəyə imza atıb
24.09.2026, 15:07 Boks
-
Deflimpiyaçımızdan Avropa çempionatında tarixi nəticə
24.09.2026, 14:43 Güllə atıcılığı
-
Paracüdo üzrə millimiz dünya çempionatında mübarizə aparacaq
24.09.2026, 14:33 Cüdo
-
Azərbaycan və Gürcüstan arasında idman sahəsində əməkdaşlıq müzakirə olunub
24.09.2026, 14:00 Olimpiya dünyası
-
Bakıda Formula 1 trekində ilk dəfə kütləvi qaçış baş tutub
24.09.2026, 13:32 Formula 1
-
Azərbaycanla Şimali Makedoniya arasında idman sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb
24.09.2026, 13:10 Olimpiya dünyası
-
Azər Əsgərov usta cüdoçular arasında dünya çempionatında 12-ci medalını qazandı
24.09.2026, 10:02 Cüdo
-
Bu gün Formula 1 üzrə Azərbaycan Qran-Prisinə start verilir
24.09.2026, 08:41 Formula 1
-
Xüsusi Olimpiya Komitəsində məşqçilərlə görüş olub
23.09.2026, 15:41 Olimpiya dünyası
-
Futbola həsr olunan ömür
23.09.2026, 15:23 Olimpiya dünyası
-
Azərbaycan Qran-Prisi ərzində azarkeşlər üçün əyləncə proqramı hazırlanıb
23.09.2026, 13:33 Formula 1
-
"Neftçi" Avropa Kubokunda mübarizəyə başlayır
23.09.2026, 11:33 Basketbol
-
Şahmat millilərimiz bu gün olimpiadada növbəti görüşlərini keçirəcəklər
23.09.2026, 11:05 Şahmat
-
Millimiz Bakıda Tacikistan yığması ilə qarşılaşacaq
23.09.2026, 10:48 Futbol
-
Daha üç boksçumuz Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb
23.09.2026, 10:32 Boks