Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında futbol yarışlarının vaxtı bəlli olub. Kişilərin yarışı 2021-ci il 22 iyul - 7 avqustda gerçəkləşəcək. Qadınların analoji turniri isə gələn il 21 iyul - 6 avqustda olacaq. Qeyd edək ki, Tokio-2020 koronavirus pandemiyası səbəbindən 2021-ci il 23 iyul - 8 avqusta təxirə salınıb.