“Birlik kuboku”nda güclülər müəyyənləşdi​

 

“Birlik kuboku”nda güclülər müəyyənləşdi​   

Sentyabrın 5-də Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) təşkilatçılığı ilə Bakı Olimpiya İdman Kompleksində Paralimpiya və Olimpiyaçı idmançıların iştirakı ilə kamandan oxatma növü üzrə “Birlik kuboku” açıq yarışı keçirilib. Yarışda komitənin prezidenti İlqar Rəhimov, baş katib Kamal Məmmədov, idman şöbəsinin müdiri, eyni zamanda, “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizi təmsil edəcək milli komandanın şef-de-missionu Rauf Mürsəlov, Azərbaycan Kamandan Oxatma Federasiyasının nümayəndələri iştirak ediblər.
Gənclər və İdman Nazirliyinin tövsiyəsi ilə yarış açıq hava şəraitində keçirilib. Kubok yarışlarında 20 idmançı mübarizə aparıb.
Qeyd edək ki, “Birlik kuboku” COVID-19 koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilmiş sərt karantin rejimindən sonra paralimpiyaçıların iştirakı ilə keçirilən ilk yarışdır. Turnir Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına riayət edilməsi üçün yaradılmış xüsusi işçi qrupunun nəzarəti altında keçirilib.