Anabolik steroidlərin istifadənin yayılmasına həsr olunmuş tədbir keçirilib
BOK
24.09.2020, 12:23
Bu gün “Hilton” hotelində cəmiyyətdə anabolik steroidlərdən istifadənin yayılması və onun fəsadlarına həsr olunmuş mətbuat konfransı keçirilib. Tədbirdə Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli, Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinin müdiri Fərid Mansurov, TƏBİB-in Stasionar Tibbi Xidmətin Təşkili Şöbəsinin müdiri Kəmalə Ağayeva və Azərbaycan İdman Jurnalistləri Federasiyasının prezidenti Qabil Mehdiyev iştirak edib. Bildirilib ki, dopinqin bir növü olan anabolik steroidlərdən istifadə peşəkar idmanın sərhədlərini aşaraq cəmiyyət üçün ciddi problemə çevrilib. Hazırda dünyada onun qanunsuz dövriyyəsi və satışı genişlənməkdədir. Steroidlərdən istifadənin geniş yayılmasının əsas səbəbi iştifadəçilərin qısa müddət ərzində istədikləri bədən quruluşuna sahib olmaq arzusudur. Amma onların əksəriyyəti bu maddələrin fəsadları barədə məlumatsızdırlar. Qeyd edək ki, AMADA-nın yaradılması ilə ölkədə peşəkar idmanda daimi dopinq nəzarətinin aparılması təmin edilib. Lakin, aparılan araşdırmalar və dünyada baş verən hadisələr göstərir ki, steroidlərdən istifadə ümumilikdə idman sahəsindən kənar çıxaraq ictimai xarakter alıb və artıq bütövlükdə cəmiyyət üçün təhlükə yaradır. Steroidlərdən mütəmadi istifadə ürək tutması, infarkt, qaraciyər zədələnməsi, böyrək çatışmazlığı, cinsi zəiflik və sonsuzluq, sümük inkişafının dayanması, yaxud anormal sümük böyüməsi kimi ağır və bərpaolunmaz fəsadlar törədir. Bu maddələr orqanizmin təbii immunitetini zəiflətməklə xərçəng və digər ağır xəstəliklərə tutulma riskini artırır. Steroidlərdən istifadə bağlılıq yaratdığı üçün bir sıra sosial-psixoloji fəsadlar da törədir. Steroidlərdən mütəmadi istifadə edənlərdə aqressiya, dərin depressiya halları müşahidə edilir. Sonradan bu maddələrin istifadəsindən imtina edən şəxslərin müalicəsi isə narkotik aludəçilərinin müalicəsindən daha ağır və mürəkkəb bir prosedurdur. Aparılan beynəlxalq araşdırmaların nəticələri göstərir ki, narkotik istifadəçilərinin 25%-i əvvələr anabolik steroid istifadəçisi olub. Bu isə öz növbəsində cinayət hallarının artması kimi sosial problemlərlə nəticələnir. Steroidlərdən istifadə sonsuzluq riskini artırdığı üçün həm də genefond və demoqrafik problemlərə gətirib çıxarır. Göründüyü kimi steroidlərdən istifadənin fəsadları yalnız ondan istifadə edən şəxsin sağlamlığını yox, ümumilikdə cəmiyyətimizi və gələcəyimizi təhlükə altında qoyur. Steroidlərin qanunsuz dövriyyəsi və satışı problemi bütün dünyada olduğu kimi, Azərbaycanda da mövcuddur. Ötən həftə Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində ölkəmizdə bununla məşğul olan dəstənin tutulması və külli miqdarda güclü təsiredici maddələrin dövriyyədən çıxarılması da problemin aktuallığını göstərir. Bu problemin əsas məqamlarından biri də bu maddələrin rahat əldə edilməsi imkanıdır. Geniş əhali üçün nəzərdə tutulmuş və insanların sağlamlıq və fiziki hazırlıq üçün üz tutduqları bir sıra fitnes mərkəzləri və idman zallarında steroidlər və digər dopinq maddələri satılır və təşviq edilir. AMADA tərəfindən gənclər arasında keçirilən sorğunun nəticəsində aydın olur ki, hər yeddi respondentdən birinə dopinq təklif edilib, onların 60%-nə isə bu təklif idman zalında və ya fitness mərkəzində edilib. Sosial media dövründə cavanlar arasında daha gözəgəlimli bədən quruluşu əldə etmək arzusu getdikcə artır və onlar idman zallarında etibar etdikləri və məsləhət istədikləri bəzi şəxslərin könüllü qurbanlarına çevrilirlər. Bundan əlavə steroidlərin sosial şəbəkələr, internet mağazaları, hətta məşhur onlayn ticarət platformalarında satışı geniş yayılıb. Ölkəmizdə aidiyyəti dövlət qurumları belə hallarla mübarizəni mütəmadi olaraq həyata keçirir. Bu istiqamətdə AMADA Dövlət Təhlükəsizliyi Xidməti, Gənclər və İdman Nazirliyi, Daxili İşlər Nazirliyi və digər hüquq mühafizə orqanları, o cümlədən Səhiyyə Nazirliyi ilə sıx əməkdaşlıq edir. Problemin miqyasını və aktuallığını nəzərə alaraq ictimaiyyətin bu mübarizəyə aktiv qoşulması vacibdir. Steroidlərin istifadəsinin fəsadları ilə bağlı maarifləndirmə işində, onun qanunsuz dövriyyəsi və satışı hallarının aşkarlanmasında ictimaiyyət nümayəndələrinin, o cümlədən də kütləvi informasiya vasitələrinin geniş imkanları var. İctimaiyyətin bu cür məsələlər üzrə məlumat əldə etdikləri zamanı, hüquq mühafizə orqanlarına, əlavə olaraq idmanla bağlı olduqda isə həmçinin AMADA-ya məlumat bildirmələri bu mübarizəyə böyük töhfə verə bilər. Sağlam cəmiyyət və sağlam gələcək üçün bu mübarizədə bütün səylərin birləşdirilməsi vacibdir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Dünya çempionatı: Güləşçimiz finala vəsiqə qazandı
27.07.2026, 20:07 Gündəm
-
Bakıda U-17 dünya çempionatının təntənəli açılışı olub
27.07.2026, 18:08 Gündəm
-
Qadın voleybolçular arasında Avropa çempionatının könüllüləri müəyyənləşib
27.07.2026, 17:24 Voleybol
-
Darko Ramovs Peşəkar Futbol Liqasının qonağı olub
27.07.2026, 16:44 Futbol
-
Daha bir güləşçimiz dünya çempionatının yarımfinalında
27.07.2026, 15:01 Gündəm
-
15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
27.07.2026, 14:54 Gündəm
-
Güləşçimiz Bakıda keçirilən dünya çempionatının yarmfinalına vəsiqə qazandı
27.07.2026, 14:33 Güləş
-
Güləşçimiz finalın bir addımlığında
27.07.2026, 14:18 Güləş
-
Güləşçimiz dünya çempionatına qələbə ilə başladı
27.07.2026, 10:55 Gündəm
-
Bakıda güləş üzrə dünya çempionatına start verilir
27.07.2026, 09:50 Gündəm
-
Avropa Cüdo Ümidləri Turniri başa çatdı
26.07.2026, 18:40 Cüdo
-
Kanoeçimiz Avropa çempionatında gümüş medal qazanıb
26.07.2026, 18:16 Su idman növləri
-
Avarçəkənlərimiz Avropa çempionatında mübarizə aparacaq
26.07.2026, 16:08 Su idman növləri
-
Avropa Cüdo Ümidləri Turnirində ilk yarış günü başa çatıb
25.07.2026, 20:48 Cüdo
-
Avropa Cüdo Turnirinin açılış mərasimi keçirilib
25.07.2026, 19:49 Cüdo
-
Qazaxda ilk dəfə avarçəkmə tədbiri keçirilib
25.07.2026, 18:58 Su idman növləri
-
U-18 millimiz tarixdə ilk dəfə Avropa çempionatı B divizionunun qrup mərhələsində qələbə qazanıb
25.07.2026, 17:39 Basketbol
-
Qazaxda Federasiya Kuboku yarışı keçirilib
25.07.2026, 16:47 Velosiped
-
Avropa Cüdo Ümidləri Turnirində U-14 yaş kateqoriyasında ilk mükafatçılar müəyyənləşib
25.07.2026, 14:30 Cüdo
-
Rüstəm Orucov: "İdmançılarımızdan qızıl medallar gözləyirəm"
25.07.2026, 10:55 Cüdo
-
Natiq Bağırov: "Turnirdə iştirak edən idmançılar beynəlxalq yarış təcrübəsi qazanırlar"
25.07.2026, 10:48 Cüdo
-
Gənclər və İdman Nazirliyinin 32 illiyinə həsr olunmuş avarçəkmə ilə tanışlıq sessiyası keçirilib
25.07.2026, 10:41 Su idman növləri
-
Avropa Cüdo Ümidləri Turnirinə start verilib
25.07.2026, 10:13 Cüdo
-
Avropa Cüdo Ümidləri Turnirinin püşkatma mərasimi keçirilib
24.07.2026, 21:46 Cüdo
-
U17 dünya çempionatının medalları təqdim olundu
24.07.2026, 20:08 Gündəm
-
Bakıda cüdo üzrə beynəlxalq texniki seminar keçirilir
24.07.2026, 19:48 Cüdo
-
“Neftçi” İdman Klubu yeni loqosunu təqdim edib
24.07.2026, 15:44 Olimpiya dünyası
-
Elxan Səmədov növbəti dəfə Peşəkar Futbol Liqasının prezidenti seçilib
24.07.2026, 13:42 Futbol
-
Dünya çempionundan təsirli paylaşım
24.07.2026, 13:07 Gündəm
-
Azərbaycan reytinqində 26-cı pillədə qərarlaşıb
24.07.2026, 13:06 Futbol
-
Onur Quluzadənin növbəti sınağı
24.07.2026, 10:18 Tennis
-
Konfrans Liqası: "Zirə" səfərdə məğlub oldu
23.07.2026, 22:23 Futbol
-
"Qarabağ" Bakıda ÇSKA ilə heç-heçə edib
23.07.2026, 22:05 Olimpizm xəbərləri
-
Frenki de Yonqun "Barselona"dakı gələcəyi sual altındadır
23.07.2026, 13:12 Futbol