Qitə çempianatına namizəd olan ölkələr müəyyənləşdi  

Qitə çempianatına namizəd olan ölkələr müəyyənləşdi  

Həndbol üzrə Avropa çempionatlarına ev sahibliyi etməyə namizədlərin adları bəlli olub.
2026 və 2028-ci illərdəki yarışların təşkilində 14 ölkə maraqlıdır.
2021-ci il mayın 1-dək sifarişləri təsdiqləyəcək ölkələrdən hansının yarışa ev sahibliyi edəcəyi noyabrda təşkil olunacaq Növbədənkənar Konfransda müəyyənləşəcək.
AVRO-2026 (qadınlar, 26 noyabr – 13 dekabr): Norveç/Danimarka, Rusiya, İsveç
AVRO-2028 (qadınlar, 30 noyabr – 17 dekabr): Norveç/Danimarka, İsveç
AVRO-2026 (kişilər, 15 yanvar - 1 fevral): Belarus/Litva/Polşa, Xorvatiya, Fransa, Norveç/Danimarka, İsveçrə, İseç
AVRO-2028 (kişilər, 13-30 yanvar): Belçika, Xorvatiya, Estoniya, Fransa, Norveç/Danimarka, Portuqaliya/İspaniya, İsveçrə, İsveç.
Qeyd edək ki, qadınların Avropa çempionatları 2020-ci ildə Danimarka/Norveç, 2022-ci ildə Sloveniya/Şimali Makedoniya/Monteneqro, 2024-cü ildə Avstriya/Macarıstan/İsveçrədə təşkil olunacaq. Kişilərin yarışına 2022-ci ildə Avstriya/Slovakiya, 2024-cü ildə Almaniya ev sahibliyi edəcək.