“Böyük dəbilqə” turnirində komandamız ilk medalını qazanıb
Olimpizm xəbərləri
24.10.2020, 09:08
Macarıstanın paytaxtı Budapeştdə keçirilən “Böyük dəbilqə” turnirinin birinci günündə komandamız bürünc medal qazanıb. Kişilər arasında 66 kiloqram çəkidə mübarizə Orxan Səfərov əvvəlcə niderlandlı İvo Verhorstert, daha sonra gürcüstanlı Baqrati Naniaşvili və monqolustanlı Erhembayar Battoqtoha qalib gəlsə də, yarımfinalda rusiyalı Yakob Şamilova uduzub. Cüdoçumuz bürünc medal uğrunda görüşdə özbəkistanlı Sardor Nurillayevi məğlub edərək komandamıza ilk medalı qazandırıb. O, həmçinin “Tokio-2020”yə reytinq xalları əldə edib. Bu çəkidə digər təmsilçimiz Nicat Şıxəlizadə ilk görüşdə Villian Lima (Braziliya)-Yarin Menaged (İsrail) cütünün qalibinə uduzub. Kişilər arasında digər çəkidə, 60 kiloqramda daha iki cüdoçumuz mübarizə aparıb. Bu çəkinin nümayəndələrindən Davud Məmmədsoy ilk görüşdə hindistanlı Vijay Kumar Yadava qalib gəlsə də, sonrakı qarşılaşmada qazaxıstanlı Qusman Kirqizbayevə məğlub olub. Kəramət Hüseynov isə ilk qarşılaşmada fransalı Luka Mxeidzeyə uduzub. Qadınlar arasında keçirilən yarışlarda hər üç təmsilçimiz mübarizəyə qoşulub. Cüdoçularımızdan Leyla Əliyeva (48 kq) yerli idmançı Luka Mamiranı məğlub etsə də, ispaniyalı Lura Martinesin (Macarıstan) öhdəsindən gələ bilməyib. Bu çəkidə digər qadın cüdoçumuz Aişə Qurbanlı ilk qarşılaşmada Şirin Boukliyə (Fransa) məğlub olub. Qadın cüdoçularımızdan Gültac Məmmədəliyeva (52 kq) əvvəlcə Qal-Od Tserentoqxoda (Monqolustan), ikinci döyüşdə israilli Qefen Primoyaya qalib gəlsə də, dörddəbir finalda Fabyen Koçerə məğlub olub. Təsəlliverici döyüşdə ukraynalı Darya Belodedə məğlub olan cüdoçumuz 7-ci yerlə kifayətlənib. G.Məmmədəliyeva bu nəticə ilə Tokio Olimpiadasına reytinq xalları qazanıb. Qeyd edək ki, 80 ölkədən 624 cüdoçunun mübarizə apardığı turnirə Azərbaycandan 17 idmançı qatılıb. Turnir oktyabrın 25-dək davam edəcək.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Azərbaycan millisi Xüsusi Olimpiya Birləşmiş Dünya Kubokunun qalibi olub
10.07.2026, 16:09 Son xəbər
-
Azərbaycan klublarının Avropa Liqasında 300-cü qolu
10.07.2026, 15:45 Futbol
-
Yeni baş məşqçinin köməkçiləri müəyyənləşib
10.07.2026, 15:18 Futbol
-
Dünya çempionatında 1/4 final mərhələsinin ikinci oyunu keçiriləcək
10.07.2026, 14:47 Futbol
-
Musa Quelini "Şəfa"da
10.07.2026, 14:14 Futbol
-
Boksçularımız beynəlxalq turnirdə
10.07.2026, 13:40 Boks
-
“Gəncə”nin üç voleybolçusu milli komandalara dəvət alıb
10.07.2026, 13:22 Voleybol
-
"Seltik"də çıxış edəcəyim üçün çox xoşbəxtəm
10.07.2026, 12:54 Futbol
-
Modriç Xorvatiya millisindəki karyerasını başa vurmaq niyyətində deyil
10.07.2026, 12:18 Futbol
-
Azərbaycan UEFA reytinqində bu həftə ən çox əmsal toplayan 2 ölkədən biridir
10.07.2026, 11:48 Futbol
-
"Neftçi" bu gün növbəti yoxlama oyununu keçirəcək
10.07.2026, 10:32 Futbol
-
Fransa millisi dünya çempionatında ilk yarımfinalçı olub
10.07.2026, 03:40 Futbol
-
AMADA "Antidopinq sahəsində sertifikatlı təlimçilərin hazırlanması" proqramına start verib
09.07.2026, 14:48 AMADA
-
Azərbaycanı beynəlxalq reqatada 12 idmançı ilə təmsil olunacaq
09.07.2026, 14:28 Olimpizm xəbərləri
-
Azərbaycanın 3x3 basketbol millisinin Avropa Kubokundakı rəqibləri müəyyənləşib
07.07.2026, 22:42 Basketbol
-
DÇ-2026: Argentina əzmkar qələbə ilə 1/4 finalda
07.07.2026, 22:10 Futbol
-
Çempionlar Liqası: “Sabah” Bakıda UELS təmsilçisinə qalib gəldi
07.07.2026, 21:00 Futbol
-
BOK Rusiya Olimpiya Komitəsi ilə bağlı qərarını yumşaldıb
07.07.2026, 20:37 Olimpizm xəbərləri
-
AMADA və Qış İdman Növləri Federasiyası dopinq əleyhinə onlayn təlim təşkil edib
07.07.2026, 19:46 AMADA
-
"Xüsusi olimpiya birləşmiş futbol dünya kuboku"nun açılış mərasimi keçirilib
07.07.2026, 13:51 Olimpiya dünyası
-
Qubada yenilənmiş güləş zalı istifadəyə verilib
07.07.2026, 13:48 Güləş
-
Avropa çempionatının kubokunun Bakıda təqdimat mərasimi keçirilib
07.07.2026, 13:18 Gündəm
-
DÇ-2026: İspaniya millisi don dəqiqələrdə 1/4 finala vəsiqə qazandı
07.07.2026, 01:05 Futbol
-
Cəmil Əliyevə növbəti sertifikat təqdim olunub
06.07.2026, 17:41 Su idman növləri
-
DÇ-2026: 1/4 finalın növbəti iştirakçıları müəyyənləşir
06.07.2026, 16:37 Futbol
-
UEFA bəyanat yaydı
06.07.2026, 16:22 Olimpizm xəbərləri
-
Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
06.07.2026, 11:41 Güllə atıcılığı
-
Millimizin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb
06.07.2026, 10:40 Voleybol
-
Dünya çempionatı: İngiltərə millisi 1/4 finalda
06.07.2026, 08:57 Futbol
-
AMADA yeniyetmə idmançılar üçün maarifləndirici tədbir keçirib
03.07.2026, 13:39 AMADA
-
Avropa çempionatında Azərbaycanı təmsil edəcək güləşçilərimiz müəyyənləşib
03.07.2026, 13:19 Güləş
-
Fərid Qayıbov UNESCO-nun dopinqə qarşı konfransı çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə edib
03.07.2026, 11:40 Olimpiya dünyası
-
Atletlərimiz Balkan çempionatında iştirak edəcək
03.07.2026, 11:33 Atletika
-
"Neftçi" Fransadakı Dünya Qadın Seriyasında mübarizəyə start verir
03.07.2026, 11:23 Basketbol