Olimpiya mükafatçısı vəfat etdi

Olimpiya mükafatçısı vəfat etdi

Bobsley üzrə 2010-cu il Qış Olimpiya Oyunlarının gümüş mükafatçısı alman Riçard Adjey 37 yaşında dünyasını dəyişib. İdmançının ölüm səbəbi açıqlanmır. İdmançının sağlamlığı ilə bağlı şikaətlərinin olub-olmaması da hələlik məlum deyil. R.Adjey Vankuverdə keçirilən Olimpiya Oyunlarında Tomas Florşüts ilə birlikdə cütlüklərin yarışında mükafatçılar sırasına daxil olub. O, həmçinin 2011-ci ildə dünya çempionu və dördlü şəkildə Avropa çempionu olub. Riçard Adjey Almaniyanı Qış Olimpiya Oyunlarında təmsil edən ilk qaradərili idmançı olub.