“Qarabağda yaşadığım hissləri heç cür unutmuram”
BOK
03.11.2020, 13:42
Vətən torpağı bizim səcdəgahımızdır, müqəddəs and yerimizdir. Əsl vətəndaş odur ki, vətənini ürəyi, canı və qanı kimi sevsin, onun hər qarış torpağı üçün özünü fəda etsin. Canını azadlıq uğrunda qurban verən qəhrəmanlar Azərbaycan xalqının yaddaşında əbədi iz qoyub gedirlər. Biz onlara borcluyuq, biz belə oğullar yetişdirən vətənimizə borcluyuq.
Hazırda Azərbaycan Ordusu yeni bir tarix yazır. 30 ilə yaxındır ki, işğal altında olan torpaqlarımızın bu günlərdə hissə-hissə azad olunması xəbərləri bir-birini əvəz edir. Ali Baş Komandan, cənab İlham Əliyevin uğurlu siyasəti və ordumuzun şücaəti sayəsində illərdən bəri yağı tapdağı altında qalan doğma yurdumuz azadlığa qovuşur. İllərdir torpaqlarımızın azad olunacağı günü səbrsizliklə gözləyirdik. Bu gün həmin vaxt gəlib çatıb. Azərbaycanın güclü-qüvvətli ordusunun göstərdiyi şücaət bunu deməyə əsas verir. Ali Baş Komandanımız cənab İlham Əliyev hər zaman olduğu kimi, əsgərlərimizin və xalqımızın yanındadır və onlara qələbə inamı verir.
Tale elə gətirdi ki, Qarabağ hadisələri ilə əlaqədar 1989-cu ilin mart ayında Şuşaya, Bərdəyə, Ağdama, Kərkicahana, Malıbəyliyə və Xankəndiyə getməli oldum. Ermənilərin açıq-aşkar təcavüzü nəticəsində Qarabağda minlərlə günahsız insan doğma yurd yerindən didərgin düşdü. 1989-cu ilin martın 7-də Qarabağda işləmək üçün 25 tələbədən ibarət könüllü dəstə yaradıb, Şuşaya yola düşdük. Mən 15 il tələbə inşaat dəstəsinin rəhbəri və zona komandiri olmuşdum. Qarabağda yaşadığım hissləri heç cür unutmuram. Həmin anları xatırlayanda kövrəlirəm. Biz Şuşaya birbaşa gedə bilmədiyimiz üçün təyyarə ilə Ağdama yollandıq. Sonra sərnişin avtobusu ilə (Ağdam-Şuşa) Şuşaya yola düşdük. Bizim sərnişin avtobusunu Xocalıda rus əsgərləri saxladılar. Bildiyiniz kimi, həmin dövrdə insanlar məlum Sumqayıt hadisələrinin acılarını yaşayırdılar. Respublikada komendant saatı tətbiq olunduğuna görə qeydiyyatı olmayanları Qarabağdan çıxarırdılar. O dövrdə bizimlə bərabər respublikanın 17 ali təhsil müəssisəsinin nümayəndələri də bura gəlmişdilər. Ölkənin ali təhsil ocaqlarının tələbə inşaat dəstələrinin komandirləri Ermənistandan qovulan məcburi köçkünlərə könüllü olaraq kömək etmək üçün komitədən razılıq almışdılar. İşə başlamaq üçün ilk növbədə müvafiq təşkilatlarla müqavilə bağlanmalı idi. Komendantın əmrinə əsasən, qeydiyyatı olmayan nümayəndələrin hamısını geriyə, Bakıya qaytardılar. Əlimdə icazə, yəni ezamiyyə vərəqi olduğundan mənə toxunmadılar. Mən iş müqaviləsi bağlamaq üçün Şuşada fəaliyyət göstərən tikinti təşkilatları ilə danışıqlar apardım. Onlarla işləmək istədiyimi desəm də, məni qəbul etmədilər. Onu da deyim ki, komendant saatı olduğuna görə, Kərkicahan, Malıbəyli kəndlərinə giriş və çıxış qadağan olunmuşdu. Bakıdan göndərilən ərzağı həmin kəndin sakinləri Şuşadan gəlib aparırdılar.
Heç yadımdan çıxmaz, tikinti təşkilatının yanında bir neçə adam göy otun üstünə uzanmışdı. Danışıqlarından başa düşdüm ki, həmin adamlar Kərkicahan və Malıbəyli kəndinin sakinləridir, Şuşaya ona görə gəliblər ki, bir iş tapıb işləsinlər. Belə çətin şəraitdə ailələrini dolandırmaq üçün yollara düşən bu insanların aqibəti məni çox narahat etdi.
Həmin vaxt Qarabağda vəziyyət çox gərgin idi. Mən də düşünürdüm ki, imkanım çatdığı qədər millətimə, xalqıma kömək edim, ehtiyacı olan insanlara yardım əlimi uzadım.
İndiki kimi xatırlayıram. 1989-cu il martın 10-u idi. Məni Çaykənddən qatarla geri göndərmək istəyirdilər. Orada Kərkicahan kəndinin sakini, tikintidə işləyən Rafiq adında bir oğlanla tanış olmuşdum. Rafiq mənim qatarla getməyimə razı deyildi. İstəyirdi ki, məni maşınla aparsın. Amma bir problem var idi: onun sürücülük sənədində ikinci şəkil vurulmadığına görə bizi mütləq saxlayacaqdılar. Nə isə biz qatarla getməli olduq. Çaykəndə gedən yolda bir maşın yolumuzu kəsdi. Sürücü bizə dedi ki, qabağa getməyin, sizi vuracaqlar. Rafiq mənə dedi ki, qonaq, kəlmeyi-şəhadətini bilirsən? Dedim ki, necə bəyəm? Məlum oldu ki, ermənilər bizdən qabaqda gedən maşını (maşında bütöv bir ailə - Bərdədən gələn ata, ana və oğlu olub) yandırıblar. Ermənilər bütün yolları bağlamışdılar. Rafiq yolu tanıyırdı deyə, Xankəndiyə Topxanadan girməli olduq. Şəhərin girəcəyində bir tank və iki rus hərbçisi dayanmışdı. Sənədləri yoxladıqdan sonra bizi buraxdılar. Xankəndinə girəndə Rafiq maşının işıqlarını söndürdü. Soruşanda ki, niyə belə edirsən, bəs yolu necə görəcəksən, o dedi: “Mən bu yolları gözüyumulu tanıyıram. Bilirsiniz, bu mənfurlar maşının nömrəsini görsələr, bizi maşınla birlikdə yandıracaqlar. Qardaş, beşmərtəbəli binaların altında zirzəmiləri görürsən? Divarda hər 5 metrdən bir 1 kubik çıxardılıb. Bunu gecələr bizi vurmaq üçün ediblər. Hətta axşam saat 8-dən sonra kimin evində işıq yanırsa, ermənilər o evin altını üstünə çevirirlər. Bax görürsən, o yanan evlər azərbaycanlılarındır”.
Axşam saat 11:00-da Kərkicahanda olduq. Kərkicahan Xankəndinin arxasındakı dağın yamacında yerləşir. Təsəvvür edin, kəndin girəcəyində axarlı-baxarlı bir göl vardı və həmin gölün kənarında ancaq dövlət qulluğunda olan erməni ailələri yaşayırdılar. Kənddə işıq yox idi. Biz dağı qalxaraq kəndə çatanda, kənd sakinləri qorxa-qorxa maşının səsinə yola çıxmışdılar. Rafiqgilin evlərinə yaxınlaşanda kənd sakinləri həyəcanla pıçıldaşır və biri-birinə deyirdilər: “Rafiq gəldi, bəs deyirdilər, öldürüblər”. Təsəvvür edin ki, sürücü komendant saatı tətbiq olunduğuna görə evinə, ailəsinin yanına gələ bilmirdi.
Kərkicahan dözülməz şəraitdə yaşayırdı. Kənd sakinləri qorxu, təşviş içində idilər. Aclıq hökm sürürdü. Kişilərin əksəriyyəti evi dolandırmaq üçün qazanc dalınca müxtəlif yerlərə işləməyə getmişdilər. Rafiqin həyat yoldaşı utana-utana bizə yavan çörək gətirdi. Soruşdum ki, ərzağınız varmı, uşaqlara nə verirsiniz yeməyə? Evin xanımı Xuraman Abbasovanın kənd sakinlərinə payladığı undan bir az qaldığını dedi. Bizə gətirdiyi çörək həmin undan idi. Mən qəhərimi boğmaq üçün başımı aşağı saldım. O çörək bizim boğazımızdan keçərdi? Məni qəhər boğurdu. Özümü güclə saxlayırdım. Kənd sakinləri ermənilərin qəfil hücumundan qorunmaq üçün növbə ilə keşik çəkməli olurdular. Həmin gecə Rafiqin növbəsi idi. Mən onunla birgə gedəcəyimi bildirdim. Rafiq “Mən qonağı ölümə apara bilmərəm”, - dedi. Gecə saat dörddə biz yola düşdük. Kənddən çıxanda gördük ki, gölün yanında iki avtobus dayanıb. Bu Şuşa və Ağdam marşrutları ilə işləyən avtobuslar idi. Karantin vaxtı artıq başa çatmışdı. Biz yolboyu təxminən 32 postdan keçdik. Qəribədir ki, yolda Azərbaycan dilində yazılan bir küçə adına belə rast gəlmədik. Ermənilər küçə adları yazılan lövhələri güllə ilə deşik-deşik etmişdilər. Nəhayət, biz Bərdəyə çatdıq. Mən xilaskarıma, Rafiqə minnətdarlıq edərək ondan ayrıldım. Amma təəssüf ki, bu xeyirxah insanın sonrakı taleyindən xəbərim olmadı. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbə inşaat dəstəsi Bərdədə idi və mənim qayıtmağımı gözləyirdi. Mən qayıdandan sonra biz müqavilə əsasında işləməyə başladıq. Tələbələr erməni qəsbkarları tərəfindən öz doğma yurd-yuvasından didərgin düşmüş və Bərdə rayonunda məskunlaşmış əhaliyə kömək edirdi. Qeyd edim ki, “Vətən” tələbə inşaat dəstəsinin üzvləri mart-may aylarında 30 min manatlıq iş görmüşdülər. Tələbələrin hesabına toplanan vəsaitin hamısı Ermənistandan qovularaq Bərdədə məskunlaşmış məcburi köçkünlər üçün köçürüldü.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
MOK-da Yunanıstanın Azərbaycandakı səfiri ilə görüş olub
22.09.2026, 16:00 MOK
-
71 yaşılı dünya çempionu: “Əsas məqsədimə çatdim”
22.09.2026, 15:23 Müsahibə
-
Cüdoçularımız kata üzrə dünya çempionatında iştirak edəcəklər
22.09.2026, 13:18 Cüdo
-
Azərbaycan - Çexiya matçına hakim təyinatları açıqlanıb
22.09.2026, 13:04 Futbol
-
AŞF rəsmisi Ümumdünya Şahmat Olimpiadasında seans keçirib
22.09.2026, 12:43 Şahmat
-
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan millilərinin növbəti rəqibləri müəyyənləşib
22.09.2026, 10:34 Şahmat
-
İki boksçumuz Avropa çempionatında növbəti mərhələyə vəsiqə qazandı
22.09.2026, 10:17 Boks
-
Üç cüdoçumuz veteranlar arasında dünya çempionatında medal qazanıb
22.09.2026, 00:19 Cüdo
-
Cəlilabadda sərbəst güləş turniri keçirilib
21.09.2026, 19:42 Güləş
-
“20 Sentyabr - Dövlət Suverenliyi Günü” münasibətilə mini futbol turniri keçirilib
21.09.2026, 17:35 Futbol
-
Azərbaycanın çimərlik voleybolçuları U-18 Avropa çempionatında iştirak ediblər
21.09.2026, 17:16 Voleybol
-
Uşaqlar arasında əyləncəli idman yarışı keçirilib
21.09.2026, 15:37 Olimpiya dünyası
-
“İdman hamı üçün” devizi altında kütləvi açıq idman tədbiri keçirilib
21.09.2026, 13:44 Olimpiya dünyası
-
Yardımlıda “20 Sentyabr - Dövlət Suverenliyi Günü”nə həsr olunmuş turnir keçirilib
21.09.2026, 12:29 Atletika
-
“20 Sentyabr – Dövlət Suverenliyi Günü” münasibətilə həndbol yarışı keçirilib
21.09.2026, 12:02 Olimpiya dünyası
-
Ədalət təmsilçimiz dünya çempionatına təyinat alıb
21.09.2026, 11:52 Cüdo
-
Üç boksçumuz Avropa çempionatının 1/4 finalında
21.09.2026, 11:17 Boks
-
Azərbaycan çempionatı başa çatıb
21.09.2026, 10:33 Su idman növləri
-
Atletimiz dünya çempionatında iştirak edib
21.09.2026, 10:12 Atletika
-
Cüdoçumuz veteranlar arasında dünya çempionu olub
20.09.2026, 22:25 Cüdo
-
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb
20.09.2026, 10:36 Gündəm
-
Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür
20.09.2026, 09:00 Gündəm
-
AFFA və Pakistan Futbol Federasiyası arasında əməkdaşlıq məsələləri müzakirə edilib
18.09.2026, 15:40 Futbol
-
Güləşçilərimiz dünya çempionatına Göygöldə hazırlaşacaqlar
18.09.2026, 15:20 Güləş
-
Cüdo millimizin Bakıdakı dünya çempionatı üçün ilkin heyəti açıqlanıb
18.09.2026, 15:05 Cüdo
-
“Olimpsport” jurnalının yeni buraxılışı işıq üzü görüb
18.09.2026, 14:30 Olimpiya dünyası
-
Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümünün püşkü atılıb
18.09.2026, 13:45 Futbol
-
Ümumdünya Şahmat Olimpiadası davam edir
18.09.2026, 12:33 Şahmat
-
"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb
18.09.2026, 10:53 Formula 1
-
Azərbaycanın 2 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
18.09.2026, 10:05 Boks
-
Azərbaycan Basketbol Liqasında yeni mövsümün açılış oyununun tarixi müəyyənləşib
17.09.2026, 16:25 Basketbol
-
Azərbaycan Kubokunun final matçı ilk dəfə Gəncə şəhər stadionunda keçiriləcək
17.09.2026, 15:17 Futbol
-
Azərbaycan milliləri bu gün Ümumdünya Şahmat Olimpiadasında Filippin və Danimarka ilə qarşılaşacaqlar
17.09.2026, 10:11 Şahmat
-
UEFA Avropa Liqasında əsas mərhələnin ilk oyunları keçirilib
17.09.2026, 01:29 Futbol