Beynəlxalq Olimpiya Komitəsi (BOK) gələn il Tokioda keçiriləcək Olimpiya Oyunları ərəfəsində idmançıların peyvənd edilməsi xərclərini ödəmək niyyətindədir.
Bunu BOK prezidenti Tomas Bax Yaponiyanın paytaxtında keçirdiyi mətbuat konfransında söyləyib. O, qeyd edib ki, əgər o vaxta qədər peyvənd olacaqsa, BOK bu xərcləri qarşılayacaq. T.Bax bununla bağlı Milli Olimpiya komitələri ilə əməkdaşlıq edəcəklərini də vurğulayıb.