Millimiz Millətlər Liqasında son oyununu heç-heçə ilə başa vurdu
BOK
18.11.2020, 10:08
Azərbaycan yığması UEFA Millətlər Liqasında son oyununu keçirib. C Liqasının 1-ci qrupunda yer alan milli komanda VI tur qarşılaşmasında Lüksemburqun qonağı olub. "Jozi Bartel" stadionunda keçirilmiş qarşılaşma heç-heçə ilə yekunlaşıb - 0:0. Hər iki komanda meydana itkilərlə çıxıb. Lüksemburq yığmasında Vahid Selimoviç və Dirk Karlson cəzalı olduqları üçün matçı buraxıblar. Azərbaycan millisinin heyətində müdafiəçilər Təmkin Xəlilzadə və Rahil Məmmədov koronavirusa yoluxduqları üçün, Abbas Hüseynov isə zədə səbəbindən oynamayıb. Görüş öncəsi isə meydan sahiblərindən qapıçı Antoni Moris və hücumçu Jerson Rodrigeş, qonaqlardan isə kapitan Maksim Medvedevin COVID-19 testi müsbət nəticə verib. Nəticədə onlar da qarşılaşmada iştirak etməyiblər. İtkilər fonunda Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi qapıda Şahruddin Məhəmmədəliyevə, müdafiədə Anton Krivotsyuk, Elvin Bədəlov, Bədavi Hüseynov, Amin Seydiyevə, yarımmüdafiədə Azər Salahlı, kapitan Qara Qarayev, İsmayıl İbrahimli, Tellur Mütəllimova, hücumda isə Mahir Emreli və Ramil Şeydayevə şans verib. İlk yarı meydan sahiblərinin üstünlüyü şəraitində keçib. Bir neçə epizodda Məhəmmədəliyev komandasını qoldan xilas edib. İlk yarının sonlarında Hüseynov zədələnərək, yerini Şəhriyar Əliyevə verib. Əliyev isə fasilə ərəfəsində kobud oynadığı üçün penaltiyə səbəbkar olub. Xoşbəxtlikdən, Məhəmmədəliyev Danel Sinaninin zərbəsini dəf etməyi bacarıb. İkinci hissədə qonaqlar fəallığını artırıb. Lakin tərəflərin səylərinə baxmayaraq, hesab dəyişməyib - 0:0. Beləliklə, Azərbaycan millisi ardıcıl dördüncü matçından qolsuz heç-heçə ilə ayrılıb. Daha əvvəl bu komanda Kipr və Monteneqro ilə Millətlər Liqasının oyunlarında, Sloveniya ilə isə yoldaşlıq görüşündə 0:0 hesablı nəticə ilə kifayətlənib. De Byazinin baş məşqçi olduğu kollektiv qrupu 6 xalla 3-cü pillədə başa vurub. Monteneqro 13 xalla 1-ci, Lüksemburq 10 xalla 2-ci, Kipr isə 4 xalla sonuncu olub.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin 75 yaşı tamam olur
21.07.2026, 18:14 Gündəm
-
Milli Paralimpiya Komitəsi və "Neftçi" İdman Klubunun rəhbərliyi əməkdaşlıq perspektivlərini müzakirə edib
21.07.2026, 18:03 Olimpiya dünyası
-
“Liv Bona Dea Arena”nın ot örtüyü yenilənir
21.07.2026, 17:42 Futbol
-
Millimizin oyunlarının təqvimi açıqlanıb
21.07.2026, 17:22 Futbol
-
"Şalke 04" mövsümə mənfi göstərici ilə başlaya bilər
21.07.2026, 15:46 Futbol
-
"Barselona"nın futbolçusu Madrid "Real"ının transfer siyahısında
21.07.2026, 15:36 Olimpizm xəbərləri
-
FIFA Paredes barədə yekun qərarını açıqladı
21.07.2026, 15:22 Futbol
-
Millinin qapıçısı “Zirə”yə keçib
21.07.2026, 15:13 Futbol
-
Zidan Fransa millisinin yeni baş məşqçisi təyin olundu
21.07.2026, 14:05 Futbol
-
Sofiyadan 4 medal
21.07.2026, 10:40 Su idman növləri
-
"Sabah" Çempionlar Liqasında növbəti oyununa çıxacaq
21.07.2026, 10:11 Futbol
-
Klublarımızın Konfrans Liqasındakı rəqibləri müəyyənləşdi
20.07.2026, 18:27 Gündəm
-
Qazaxda avarçəkmə tədbiri təşkil olunacaq
20.07.2026, 15:56 Su idman növləri
-
Qazaxda velosiped idmanı üzrə Federasiya Kuboku keçiriləcək
20.07.2026, 14:31 Velosiped
-
Hacı Əliyev: "Hər bir güləşçimizdən uğurlu nəticə gözləyirəm"
20.07.2026, 13:36 Müsahibə
-
İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə
20.07.2026, 13:26 Olimpizm xəbərləri
-
Bakıda Avropa Cüdo Ümidləri Turniri keçiriləcək
20.07.2026, 13:13 Cüdo
-
Sofiyadan 4 medal
20.07.2026, 12:56 Su idman növləri
-
Üzgüçülərimiz Gürcüstanda 25 medal qazanıblar
20.07.2026, 12:38 Su idman növləri
-
İdmançımız Minskdə bürünc mükafat qazanıb
20.07.2026, 12:22 Su idman növləri
-
Avarçəkənlərimiz Avropa çempionatında iştirak edəcəklər
20.07.2026, 12:11 Su idman növləri
-
Mbappa dünya çempionatlarının ən çox qol vuran oyunçusu oldu
20.07.2026, 08:56 Futbol
-
İspaniya millisinə dünya kuboku təqdim edildi
20.07.2026, 02:54 Gündəm
-
DÇ-2026-nın ən yaxşıları müəyyənləşib
20.07.2026, 02:48 Futbol
-
İspaniya millisi tarixində ikinci dəfə dünya çempionu oldu
20.07.2026, 02:10 Gündəm
-
“Mercedes”in italiyalı pilotu Belçika Qran-Prisinin qalibi oldu
20.07.2026, 00:20 Formula 1
-
Dünya çempionlarına xüsusi üzük veriləcək
17.07.2026, 11:29 Futbol
-
Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkatma mərasimi keçiriləcək
17.07.2026, 11:01 Futbol
-
Azərbaycanın UEFA reytinqindəki əmsalı artıb
17.07.2026, 10:12 Futbol
-
Avropa Liqası: "Qarabağ" növbəti mərhələdə
17.07.2026, 01:57 Gündəm
-
Güləşçimiz Macarıstanda da çempion oldu
17.07.2026, 00:05 Gündəm
-
Bakıda keçiriləcək U17 güləş üzrə dünya çempionatı: Azərbaycanın seçilməsinin başlıca səbəbləri
16.07.2026, 23:24 Olimpiya dünyası
-
"Judo Club 2012"nin cüdoçuları region birinciliyində uğurla çıxış ediblər
16.07.2026, 22:12 Cüdo
-
"Zirə" Konfrans Liqasının növbəti mərhələsində
16.07.2026, 21:56 Futbol