Boks üzrə dünya çempionu Natalya Raqozina təyyarədə dava çıxarıb. İdmançı maskadan istifadə etməməsi səbəbi ilə stüardessa ilə sözləşib. N.Raqozinanın sözlərinə görə, o, su içmək üçün maskasını çıxarıb. Bunu görən stüardessa isə idmançıya maskasını taxmasını deyib. “O, özünü əsas şəxs hesab etdi. Biznes və ya ekonomla uçmağından asılı olmayaraq, hər kəsin əhvalını korlamaq lazımdır. Elə təəssürat yaranır ki, hər kəsi elan ilə işə götürüblər”, - deyə boksçu bildirib.
Qeyd edək ki, Natalya Raqozina keçirdiyi 22 döyüşdən 22 (12 nakaut) qələbə qazanıb. O, 1999-cu ildə keçirilən dünya çempionatında qızıl medal qazanıb. Həmçinin idmançının hesabında Avropa birinciliklərinin iki qızıl medalı var.