Boks üzrə ağır çəkili keçmiş mütləq dünya çempionu Mayk Tayson Evender Holifildi öldürmək arzusu olduğunu deyib. Belə ki, 1997-c ildə M.Tayson E.Holifildlə döyüş zamanı rəqibinin qulağının bir hissəsini dişləmişdi. Buna görə, boksçu diskvalifikasiya edilmişdi.
“Onu dişlədim, çünki həmin an onu öldürmək istəyirdim. Məni başımdan vurduğu üçün çox qəzəblənmişdim. Qarşılaşmada nə baş verdiyini həqiqətən anlamırdım. Bu da mənim döyüş üçün hazırladığım planımı alt-üst etmişdi.
Qeyd edək ki, peşəkar rinqdə Mayk Taysonun hesabında 56 döyüşdən 50 qələbə (44 nokaut) və 6 məğlubiyyət var.