Qarışıq üslublu döyüşçü (MMA) qırğızıstanlı Valentina Şevçenko dördüncü dəfə ən yüngül çəki dərəcəsində mütləq döyüş çempionatının (UFC) çempion titulunu müdafiə edib. İdmançı Las-Veqasda keçirilən UFC 255 turnirində braziliyalı Cennifer Mayeyə qalib gəlib. Döyüş beş raund davam edib. Nəticədə V.Şevçenko hakimlərin yekdil qərarı ilə qalib elan edilib.
Qeyd edək ki, 32 yaşlı Valentina Şevçenko peşəkar səviyyədə keçirdiyi 22 qarışıq təkbətək döyüşlərdə 19 dəfə qələbə qazanıb, 3 dəfə isə məğlub olub.
Zərif cinsin nümayəndəsi UFC-nin çempion titulunu qorudu