Boks üzrə keçmiş dünya çempionları Mayk Tayson və Roy Cons heç-heçə ilə bitən döyüşün nəticəsini qəbul etməkdən imtina ediblər.
Hər iki idmançı açıq-aşkar nəticədən narazı qaldıqlarını bildiriblər. Qələbəni özünün qazandığına əminliyini vurğulayan 54 yaşlı M.Tayson nəticə elan olunandan dərhal sonra rinqi qalmaqalla tərk edib. O, nəticə ilə qəti razı olmadığını açıqlayıb. Lakin bir müddət sonra boksçu rəqibinin yanına gələrək media nümayəndələri ilə həmsöhbət olub. Cons isə qələbə üçün hər şey etdiyini bildirib.