Qətərdə 2022-ci ildə futbol üzrə Dünya çempionatını qəbul edəcək “Al Rayan” stadionunun tikinti işləri başa çatıb.
Bu, turnirin sayca hazır olan dördünçü stadionudur. Açılış mərasimi 2022-ci il Dünya Çempionatının finalından tam iki ilə əvvəl dekabrın 18-də Qətərin Milli Günüdə keçiriləcək. 40 min tamaşaçı tutumuna malik “Al Rayan” stadionu çempionatın 1/8 final mərhələsi daxil olmaqla, 7 oyun qəbul edəcək.
Bildirək ki, bir müddət əvvəl Qətərdə “Xəlifə” beynəlxalq stadionu, “Al-Cənub” və “Edukeyşn Siti” stadionlarının açılışı olub.
Xatırladaq ki, futbol üzrə Dünya çempionatı 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq.
 
             
                                 
                                jpg-1761896453.jpg) 
                                 
                                 
                                 
                                jpeg-1761852833.jpeg) 
                                 
                                 
                                 
                                 
         
                         
                         
                         
                         
                         
                         
                         
                        


 
                        jpeg-1761331217.jpeg) 
                         
                         
                         
                         
                         
                         
                         
                         
                        