Triatlon üzrə lisenziya yarışları dayandırıldı

Triatlon üzrə lisenziya yarışları dayandırıldı

Ümumdünya Triantlonunun (World Triathlon) İcraiyyə Şurasının iclası keçirilib. Videokonfrans formatında keçirilən tədbirdə koronavirus pandemiyası ilə əlaqədar mövcud vəziyyət müzakirə olunub. Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarına lisenziya xarakterli yarışlarla bağlı fikir mübadiləsi aparan Şura üzvləri bütün turnirlərin təxirə salınmasına qərar verib. Yarışlar mayın 1-nə qədər dayandırıb.
Bu addım idmançılar, məşqçilər, tibbi və texnikə komitələrlə müzakirələrdən sonra atılıb. Ötən ilin martında dondurulan Olimpiya reytinq cədvəli, həmçinin lisenziya turnirlərinin taleyi ilə bağlı yekun qərar isə martın 18-də veriləcək.
Şuranın yığıncağında 2021-ci ilin təqvimi də müzakirə olunub. Dünya çempionatının da mayın 1-dən sonra keçirilməsinə qərar verilib. Martın 20-də keçirilməli olan dünya kuboku isə ləğv edilib.