Fiqurlu konkisürənimiz Pekin-2022-yə vəsiqəni Stokholmda əldə edib

Fiqurlu konkisürənimiz Pekin-2022-yə vəsiqəni Stokholmda əldə edib

Azərbaycanın fiqurlu konkisürəni Yekaterina Ryabova 2022-ci ildə Çinin paytaxtı Pekində təşkil olunacaq Qış Olimpiya Oyunlarına vəsiqə qazanıb.
“Olimpiya dünyası” qəzetinə bu barədə məlumatı Azərbaycan Fiqurlu Konkisürmə Federasiyasının prezidenti Rauf Xəlilov verib.
Y.Ryabova Qış Olimpiya Oyunlarına vəsiqəni martın 27-də Stokholmda (İsveç) keçirilən dünya çempionatında 12-ci yeri qazanmaqla əldə edib. Belə ki, qısa və sərbəst proqramla çıxış edən təmsilçimiz yekun nəticədə 189,46 bal toplayıb.