Tokio-2020-də iştirak edəcək futbol komandaları müəyyənləşdi

Tokio-2020-də iştirak edəcək futbol komandaları müəyyənləşdi

Yaponiyanın paytaxtı Tokiodakı Yay Olimpiya Oyunlarında iştirak edəcək bütün futbol komandaları bəlli olub. Son olaraq Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri Futbol Konfederasiyasının (CONCACAF) iki komandası olimpiadaya vəsiqəni təmin edib.
Meksika və Hondurasın U-23 yığmaları CONCACAF zonası üzrə təsnifat turnirində finala vəsiqə qazanıblar. Honduras seçməsi yarımfinalda ABŞ-ı 2:1, Meksika isə Kanadanı 2:0 hesabı ilə üstələyib.
Beləliklə, Tokio-2020-də iştirak edəcək 16 komandanın hamısının adına aydınlıq gəlib. Bunlar Argentina, Avstraliya, Braziliya, Kot d İvuar, Misir, Fransa, Almaniya, Honduras, Yaponiya, Cənubi Koreya, Meksika, Yeni Zelandiya, Rumıniya, Səudiyyə Ərəbistanı, Cənubi Afrika, İspaniya komandalarıdır.