“Gəncə Vətən Müharibəsində” kitabı işıq üzü görüb

“Gəncə Vətən Müharibəsində” kitabı işıq üzü görüb

“Gəncə Vətən Müharibəsində” kitabının ilkin versiyasının təqdimatı keçirilib. Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təşkil olunan tədbirdə Baş İdarənin rəisi Həmid Nəsirov, “Gəncə Vətən Müharibəsində” kitabının müəllifi Ruhulla Zahidov, Gəncə İdman Liseyinin direktoru Mehman Allahverdiyev və Vətən Müharibəsində qəhrəmancasına döyüşən idmançılar iştirak ediblər.
Tədbirdə çıxış edən Həmid Nəsirov Gəncənin 44 günlük Vətən Müharibəsi dövründə əzm və qətiyyət göstərməsindən və Gəncənin vətənpərvər idmançı oğullarından söz açıb.
Sonra çıxış edən “Gəncə Vətən Müharibəsində” kitabının müəllifi Ruhulla Zahidov göstərilən diqqət və qayğıya görə öz təşəkkürünü bildirib.
Tədbirin sonunda Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin nəzdində Uşaq Gənclər İdman Məktəbinin cüdo üzrə məşqçi müəllimi Cavad Nəhmədov Vətən müharibəsində göstərdiyi yüksək vətənpərvərliyinə görə Baş İdarə rəhbərliyi tərəfindən fəxri fərmanla təltif edilib.

“Gəncə Vətən Müharibəsində” kitabı işıq üzü görüb