Avropa Badminton Konfederasiyası nümayəndə heyətlərinin növbəti illik toplantısı keçirilib
Olimpizm xəbərləri
02.05.2021, 15:47
Avropa Badminton Konfederasiyası nümayəndə heyətlərinin növbəti illik virtual görüşü keçirilib. Artıq ikinci ildir ardıcıl olaraq nümayəndə heyətlərinin illik görüşü onlayn formatda təşkil edilib. Avropa Badminton Konfederasiyasının prezidenti Peter Tarkala və baş katib Brayan Agerbak nümayəndə heyətlərinin illik, 54-cü görüşündə tədbir iştirakçılarını onlayn şəkildə salamlayıb. İclası giriş sözü ilə açan P.Tarkala artıq virtual toplantılara vərdiş etdiklərini və bununla bağlı təəssüratlarının müsbət olduğunu bildirdib. Səsvermənin nəticələrindən və nümayəndə heyətlərinin dəstəyindən məmnunluğunu ifadə edən P.Tarkala rəhbərlik etdiyi qurumun Avropada güclü birliyə sahib olduğunu və bunun gələcəkdə də davam edəcəyinə ümidvar olduğunu qeyd edib. 41 nümayəndə heyətinin iştirakı ilə keçirilən iclasda P.Tarkala pandemiya dövründə badminton oynamağın mümkünlüyü üzərində işləyən nümayəndə heyətlərinə təşəkkür etməklə yanaşı onları ötən il olduğu kimi böyük iş görməyə davam etməyə ruhlandırıb. İclasda iştirakçılar 2021-2024-cü illəri əhatə edəcək strateji planla bağlı məlumatlandırılıb. Nümayəndə heyətlərinə strateji planın mənzərəsi, məqsədi, dəyərləri və prioritetləri təqdim olunub. Konfederasiyasının baş katibi Brayan Agerbak komissiya və komitələr qarşısında növbəti illər üçün yeni təşəbbüslərlə çıxış edib. Baş katib qarşıdakı illər üçün ambisiyalarının böyük olduğunu qeyd etməklə yanaşı son illərdə idarəçiliyin daha çox əhəmiyyət kəsb etdiyini vurğulayıb. B.Agerbak asiyalılarla rəqabət aparmaq üçün badmintonu Avropada daha da əyləncəli idman növünə çevirmək, yerli federasiyaya inkişaf üçün dəstək olmaq və bu idman növündə kütləviliyi əsas hədəfləri kimi göstərib. İclasdan öncə Avropa Badminton Konfederasiyasının Direktorlar Şurası tərəfindən qaydalara təklif olunan dəyişikliklər nümayəndə heyətləri tərəfindən yekdilliklə təsdiq olunub. Nümayəndə heyətlərinin görüşündə iştirakçılar Andrey Antropovu 2021-2025-ci illər üçün yenidən Avropa Badminton Konfederasiyasının vitse-prezidenti vəzifəsinə seçiblər. Avropa Badminton Konfederasiyasının nümayəndə heyətlərinin növbəti görüşü 2022-ci ildə Maltanın paytaxtı Valletta şəhərində keçiriləcək.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Türkiyə yelkənçiləri Bakıda
10.09.2026, 15:07 Su idman növləri
-
Rəşad Nəbiyev yeniyetmə və gənclərdən ibarət milli komandaların üzvləri ilə görüşüb
10.09.2026, 14:33 Cüdo
-
Federasiya prezidenti yeniyetmə voleybolçularla görüşüb
10.09.2026, 13:30 Voleybol
-
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
10.09.2026, 11:39 Su idman növləri
-
Azərbaycan İdman Akademiyasında ekspert Ceyms Bidlin rəhbərliyi ilə dəyirmi masa keçirilib
10.09.2026, 10:15 Olimpiya dünyası
-
Kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək
09.09.2026, 13:48 Cüdo
-
Çempionlar Liqası: Liqa mərhələsinə start verildi
09.09.2026, 01:10 Futbol
-
Velosipedçimiz Almatıda dördüncü oldu
08.09.2026, 12:30 Velosiped
-
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir
08.09.2026, 12:22 AMADA
-
Formula 1: Azərbaycan Qran-prilərində marşal olmaq üçün 35 mindən çox müraciət qeydə alınıb
08.09.2026, 11:47 Formula 1
-
Türkiyəli mütəxəssis Azərbaycan Basketbol Federasiyasında yeni vəzifəyə təyin olunub
08.09.2026, 10:49 Olimpizm xəbərləri
-
Çempionlar Liqasında Liqa mərhələsinə start verilir
08.09.2026, 10:10 Futbol
-
Badmintonçumuz “Cameroon International 2026” turnirinin mükafatçıları sırasında
07.09.2026, 20:13 Olimpiya dünyası
-
Pəhləvanlarımız Vladiqafqazdan 8 medalla Vətənə qayıdıblar
07.09.2026, 16:05 Güləş
-
Üzgüçülük üzrə "İpək Yolu" Dünya Kubokunun "Bakı 2026" mərhələsinə biletlər satışda
07.09.2026, 15:53 Su idman növləri
-
Fərid Qayıbov Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbuul edib
07.09.2026, 15:42 Olimpiya dünyası
-
Nicat Abbasov: Olimpiadada uğurlu çıxış üçün bəxt amili də vacibdi - MÜSAHİBƏ
07.09.2026, 15:28 Müsahibə
-
Cüdo millimiz Bakıda beynəlxalq təlim-məşq toplanışında iştirak edir
07.09.2026, 15:02 Cüdo
-
Avropa çempionatında uğurla çıxış edən cüdoçularımız Vətənə qayıdıblar
07.09.2026, 14:55 Cüdo
-
Millimiz U-23 dünya çempionatına Bakıda hazırlaşır
07.09.2026, 14:39 Güləş
-
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb
07.09.2026, 14:20 Cüdo
-
Kamandan oxatma üzrə Bakı şəhər çempionatı keçiriləcək
07.09.2026, 13:16 Olimpiya dünyası
-
Azərbaycanı Avropa çempionatında iki paraüzgüçü təmsil edəcək
07.09.2026, 12:01 Su idman növləri
-
Fiqurlu konkisürənimiz beynəlxalq turnirdə 6-cı yeri tutub
07.09.2026, 10:02 Olimpiya dünyası
-
Azərbaycan xizəkçisi FIS Kontinental Kubokuna vəsiqə qazanıb
07.09.2026, 01:12 Olimpiya dünyası
-
Cüdoçularımız Avropa birinciliyini 5 medalla başa vurdular
07.09.2026, 00:28 Cüdo
-
İsveçrədə uğurlu nəticə
07.09.2026, 00:03 Taekvondo
-
Paytaxtımız daha bir mötəbər yarışa ev sahibliyi etdi
06.09.2026, 12:14 Olimpiya dünyası
-
Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
03.09.2026, 20:30 Su idman növləri
-
Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatına yekun vurulub
03.09.2026, 13:09 Su idman növləri
-
Azərbaycanın ilk qadın idman ustası, Əməkdar artist, diktor Züleyxa Hacıyeva vəfat edib
03.09.2026, 12:22 Olimpiya dünyası
-
Faiq Qarayevə Türkiyə Voleybol Federasiyası tərəfindən mükafat verilib
02.09.2026, 22:10 Voleybol
-
Nazir ötən ay beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb
02.09.2026, 22:05 Olimpiya dünyası
-
Azərbaycanın çimərlik futbolu millisi dünya reytinqində irəliləyib
02.09.2026, 15:25 Futbol