Rusiyanın Kazan şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turniri keçirilir. Ötüən gün tatami üzərinə çıxan beş cüdoçumuzdan heç biri mükafatçılar sırasına düşə bilməyiblər. Bu gün daha 4 cüdoçumuz tatami üzərinə çıxacaq. Onların hamısı kişilər arasında iki çəki dərəcəsində yarışacaqlar.
73 kq-da Rəşad Məmmədəliyev və Nurlan Osmanov, 81 kq-da isə Murad Fətiyev və Hidayət Heydərov medal qazanmaq uğrunda mübarizə aparacaq.
Turnirə sabah yekun vurulacaq. 
 
“Böyük Dəbilqə”: ikinci gündə daha 4 cüdoçumuz tatami üzərinə çıxacaq
jpg-1620288058.jpg) 
             
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
         
                         
                         
                         
                         
                         
                         
                         
                        


 
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                        